İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə258/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   254   255   256   257   258   259   260   261   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

kadr
 deyilir. Rabitə kanalı və ya qəbuledici qurğu bu və ya digər 
səbəbdən işə hazır deyilsə, buna 
şəbəkə
 
konflikti
deyilir. Konflikti həll etmək 
üçün ötürməni təxirə salmaq lazımdır. 
Şəbəkə səviyyəsinin
protokolları lokal şəbəkə daxilində fəaliyyət göstərir. 
Bu səviyyədə şəbəkə modulu ötürülən informasiyadan mənbə və ünvan barədə 
lazımi informasiyanı əlavə edir. Nəticədə hansı kompüterin hansı kompüterlərlə 
bağlantıya malik olduğu məlum olur. 
TCP/IP 
ailəsinə daxil olan 
IP (Internet 
Protokol)
şəbəkə səviyyəsinə aiddir.
Nəqliyyat səviyyəsinin
protokolları aralarındakı məsafədən asılı 
olmayaraq iki kompüter arasında kəsilməz ötürməni təmin edir. Protokollar 
sistemində nəqliyyat səviyyəsi iki protokolla təmsil olunur: 
TCP – Transmission 
Control Protocol
və 
UDP – User Datagramm Protocol.
Bir seans daxilində müxtəlif kompüterlər bir neçə dəfə informasiya 
mübadiləsi etdikdə 
seans səviyyəsindən
istifadə edilir. 
Məlumatın ötürülməyə hazırlanmasına 
tətbiqi səviyyədə
başlanır. Bu 
səviyyəyə məlumat ötürən tətbiqi proqram cavabdehdir. Tətbiqi səviyyəyə 
http

telnet
 və s. İnternet servisləri aiddir. 
LOKAL ŞƏBƏKƏ TOPOLOGİYASI 
 
Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə düyünlərinin birləşdirilməsinin 
həndəsi forması nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi, şin topologiyaları və s. geniş 
yayılmışdır.
Ulduzşəkilli topologiyada
düyünlərdən biri mərkəz olur. Mərkəzi 
kompüter bütün işçi stansiyalarla birbaşa əlaqələndirilir. Bu topologiyada konflikt 
yaranmır, lakin kabel sərfi artır. Məhsuldarlıği yüksək olsa da, şəbəkənin etibarlığı 
mərkəzi kompüterin etibarlığı qədərdir. İcazəsiz müdaxilədən qorunmaq asandır. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin