İ N F O R M A T İ K A
____________________________________________________________
362
KOMMUNİKASİYA AVADANLIQLARI
Şəbəkədə telefon xətlərindən, xüsusi naqildən, koaksial və optik kabellərdən
və radio dalğalarından istifadə edilir. Ən ucuz kabel 2-3 naqilli kabeldir ki, bu da
saniyədə 10 Meqabit informasiya ötürə bilir. Lakin küyə qarşı müqaviməti azdır.
Bu problem kabelin ekranlaşdırılması üsulu ilə həll edilir. Bu halda kabel bahalaşır.
Koaksial kabel orta bahalığa malik, küyə qarşı yaxşı müdafiə olunan kabeldir. Bir
neçə kilometrə ötürmə zamanı istifadə edilir. Saniyədə 100 Meqabit informasiya
ötürür. Hər kilometr yarımdan sonra gücləndirici (təkrarlayıcı və ya fəal
konsentrator), son ucda isə xüsusi siqnaluducu (terminator) olmasını tələb edir.
Optik kabel bahadır. Lakin ötürmə sürəti saniyədə 10÷50 Qiqabayta çatır. Kabelin
uzunluğuna məhdudiyyət yoxdur. Küy təsir etmir. Kabeli budaqlandırmaq çox
mürəkkəbdir. Kabelə paralel qoşulmaq, ondan istifadə edərək gizli danışıqları
dinləmək qeyri-mümkündür.
Konsentrator və terminator
Son zamanlar rabitə kanalları daha çox peyk rabitəsinə əsaslanır.
Dostları ilə paylaş: