ŞƏBƏKƏDƏ İŞİN SİSTEM TƏMİNATI Lokal şəbəkədə məlumat ötürülməsi prosesi şəbəkə əməliyyat sistemini
təşkil edən proqram vasitələri kompleksinin köməyi ilə həyata keçirilir. Bəzi
şəbəkə əməliyyat sistemləri, məsələn,
Novell NetWare,
ayrıca kompüter üçün
yaramır. Bu halda şəbəkə örtüyündən istifadə edilir.
UNIX və ya
Windows NT həm şəbəkədə, həm də ayrıca kompüterdə işləyir. Şəbəkə əməliyyat sistemləri
aşağıdakı əməliyyatları yerinə yetirir:
Verilən və proqramları bir kompüterdən digərinə ötürmək;
Ayrıca kompüterdə proqram işlətmək;
Şəbəkədə fayl sisteminin idarə edilməsi;
İstifadəçilərin şəbəkə resurslarına müdaxiləsinin və verilənlərin icazəşiz
müdaxilədən qorunmasının idarə edilməsi;
Xarici və operativ yaddaşdakı verilənlərin təhlükəsizliyinin təmin edilməsi,
imtinalardan qoruma, verilənlərin arxivləşdirilməsi və təkrarlanması;
Giriş və çıxışa görə şəbəkə resurslarının paylanması;
Şəbəkədən kollektiv istifadə qaydalarına əməl olunmasının uçotu və
nəzarət edilməsi;
Şəbəkənin əmr prosessorunun interfeysinin təmin edilməsi.
Şəbəkə əməliyyat sistemlərinin proqram təminatı iki hissəyə bölünür. Əgər
mərkəzi server varsa, bəzi modullar şəbəkəni idarə edən sistem cədvəllərinin
saxlandığı mərkəzi serverdə işləyir. Bu modullar şəbəkə sisteminin nüvəsini təşkil
edir. Digər modullar işçi stansiyalarda işləyir. Adətən şəbəkə elə qurulur ki, işçi
stansiyalar yalnız serverin disklərinə və birgə istifadə edilən printerlərə müraciət
edə bilir. Stansiyalar bir-birinin diskinə müdaxilə edə bilmir. Lakin
Net Link proqramı serverə müraciət etmədən iki kompüter arasında (əgər həmin proqram
hər iki kompüterə yüklənibsə) birbaşa informasiya mübadiləsinə imkan verir.