İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə267/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   263   264   265   266   267   268   269   270   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 377 
QEYD
: 1958-ci ildə ABŞ prezidenti D.Eyzenxayerin təşəbbüsü ilə yeni dövlət 
strukturu, strukturun tərkibində isə gələcək problemlərin həlli üçün ARPA 
(Advanced Research Projects Agency) agentliyi yaradıldı. Agentlik qarşısında 
duran əsas məsələ müdafiə sahəsində yeni və perspektiv elmi layihələrlə bağlı 
məsələlərin həll edilməsi idi. Məqsəd bir idi – hərbi işlərdə Sovet dövləti Amerika 
Birləşmiş Ştatlarını ötüb keçməməli. 
Ö dövrdə əsas məsələ agentlik tərəfindən kompüterlər arasında verilənlərin 
mübadiləsini həyata keçirən elektron şəbəkənin yaradılması idi. Şəbəkə ARPANET 
adlandırıldı (Net –ingiliscə “şəbəkə” anlamını verir). 
ARPANET şəbəkəsinin yaradılmasında istifadə edilən bütün təşkiledicilər 
sonralar tamamilə İNTERNET şəbəkəsində istifadə olundu.
İnternetin yaradıcısı kim olmuşdur sualına cavab vermək çətindir. Suala 
təxmini cavab belədir: şəbəkə bir nəfər tərəfindən deyil, çoxlu sayda alımlər və 
bu sahədə peşəkar olan şəxslər tərəfindən yaradılmışdır. 
Bu barədə məlumata 2013-cü ildə texniki jurnalların birində çap edilmiş 
maqələdə rast gəlinir. Məqalədə şəbəkənin yaradılma təşəbbüskarının Cozef 
Liklayder (Joseph Carl Robnett Lieklider: 1915-1990) olduğu qeyd olunur.
Ümumiyyətlə, İnternetin yaradıcılarından birini Pol Barana olduğunu (Paul 
Aleksandr Baran: 1926-2011) hesab etmək düzgündür. 1959-cu ildə “RAND 
Corporation” şirkətində işləyərkən Pol Barana nüvə hücumlarından müdafiə 
olunmaq üçün şəbəkə sisteminin yaradılması ilə məşğul olur. Əsas məsələ şəbəkə 
vasitəsilə ötürüləcək məlumatların “paket”lər formasinda olaraq ötürülməsi və bu 
məqsədlə ötürülən informasiyanın həddindən artıq sıxlığa malik olması idi. 
Bu ərəfədə informasiyanın kommunikasiya şəbəkələrində paketlər 
formasinda ötürülməsi məsələsini ingilis fiziki Donald Devis də (Donald Watts 
Davies: 1924-2000) irəli sürür və maliyyə çatışmazlığı üzündən problem həllini 
tapa bilmir.
Nəzərə almaq lazımdır ki, “RAND Corporation” şirkəti Amerikanın starteji 
mərkəzi olduğu üçün şirkətdə bu sahə ilə bağlı yerinə yetirilən işlər vaxtlı-vaxtında 
həyata keçirilidi, çünki şirkətin maliyyə təminatı lazımı səviyyədə yerinə yetirilirdi.
Çoxsaylı mütəxəssislər qrupu bu baxımdan da İnternetin yaradılmasını məhz 
həmin şirkətin adı ilə bağlayırlar. Digər tərəfdən də 1963-cü ildə vahid kompüter 
şəbəkəsinin yaradılması ideyası şirkətdə laboratoriya müdiri işləyən Cozef 
Liklayderə tapşırıldığı üçün bu məsələnin doğrülünü müəyyən qədər təsdiq edir. 
İdeyanın tamamilə həyata keçirilməsi ərəfəsində (1966-cı il) Cozef Liklayder 
şirkəti tərk edir və problemin həlli Bob Teylora (Robert William Taylor: 1932- ) 
tapşırılır. B.Teylor tərəfindən yaradılan vahid kompüter şəbəkəsi 4 müxtəlif 
istiqamətdən məlumatları qəbul etməklə təhlil edirdi. Alınmış məlumatları təhlil 
etmək həddindən artıq çətinliyə gətirib çıxarırdı, çünki hər bir istiqamətdən gələn 
məlumat özünə uyğun terminalda təhlil olunurdu. Bu baxımdan da təşkilatçı 
müxtəlif istiqamətlərdən daxil olan informasiyaların bir terminala daxil edilməsinə 
və həmin terminalda təhlil edilməsini məsləhət görür, bu ideyanın həyata 
keçməsinə üstünlük verir və ideyanı həyata keçirir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin