İ N F O R M A T İ K A ____________________________________________________________
378
ARPANET şəbəkəsinin yaradılmasına 1966-cı ildən başlanılır. Tədqiqatlar
Boston şəhərində yerləşən, Cozef Liklayderin rəhbərlik etdiyi BBN firmasına
həvalə olunur. Layihənin yerinə yetirilməsində Kaliforniya ştatının üç universiteti
və Yutı ştatının bir universiteti iştirak edir.
Bir-birindən 600 kilometr məsafədə yerləşən iki kompüter arasında ilk əlaqə
seansı 1969-cu il, Oktyabr ayının 29-da, 21
00
-da baş tutur. Bir terminaldan digər
terminala ilk ötürülən informasiya “LOGİN” sözü olur.
Sonrakı illərdə şəbəkəyə daha 4 universitet qoşulur. Daha sonra şəbəkənin
imkanlarından (1971-ci il) daha 15 universitet istifadə etməyə başlayır. 1973-cü
ildə şəbəkəyə Böyük Britaniya və Norveç universitetləri də qoşulur.
Beləlikılə, şəbəkə ümumdünya statusu alır.
1990-cı ildə ARPANET şəbəkəsi öz işini dayandırır, çünki şəbəkə qarşısında
qoyulmuş məsələ artıq öz həllini tapmışdı. Şəbəkənin işini onun bazası əsasında
yaradılmış yeni şəbəkə - İNTERNET şəbəkəsi davam etdirir.
Cozef Liklayder
Pol Baran
Donald Devis
Bob Teylor
1969-cu il, yanvar ayınan əvvəllərində Amerika Birləşmiş Ştatlarında
İnternetin əsası qoyuldu. Bu zaman bir qrup alim kompüterlərin şəbəkələrə
birləşdirilməsi üzrə tədqiqatlara başlamışdı. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyinin
bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar
Agentliyi) tərəfindən maliyyələşdirilirdi. Şəbəkə bir tərəfdən hərbi sənaye
sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, raket-nüvə
zərbəsi endirilərkən, yaxud aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı
və bu şəraitdə normal fəaliyyətini davam etdirməyə qabil şəbəkələrin qurulması
metodlarının tədqiqat obyekti olmalı idi. 1961-ci ildə Kaliforniya Universitetinin
professoru Leonard Kleynrok (Leonard Kleinrock) informasiyanın paket prinsipi ilə
ötürülməsi ilə bağlı ilk elmi məqaləni sayılan jurnallardan birində çap etdirir. Alim
elmi məqalədə qlobal informasiya şəbəkələrinin qurulmasının başlıca prinsipini
formalaşdırır: informasiyanı müəyyən zaman müddətində, müxtəlif sayda aralıq
bəndlərindən keçirməklə, böyük məsafəyə göndərmək üçün verilənlər kiçik
paketlərə ayrılmalı və bir-birindən asılı olmadan ötürülməli, yalnız son məntəqədə
qəbuledici tərəfindən bir yerə yığılmalıdır.