İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə276/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   272   273   274   275   276   277   278   279   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
386 

Ezamiyyətdə olanların məktublaşması. Burada elektron poçtunun 
köməkliyi ilə işgüzar səfərdə olan firma işçiləri ofisdə işləyən həmkarları 
ilə informasiya mübadiləsinə qoşulurlar. Bu məqsəd ilə istənilən aeroport 
və ya otellərdə telefon xidmətlərinə qoşulmaq kifayətdir; 

İnformasiya serverləri. Bəzi e-mail ünvanları avtomatlaşdırıldığı üçün, 
istifadəçi onu maraqlandıran müəyyən məsələyə aid elektron poçtuna 
sorğu etdikdə, o istifadəçiyə avtomatik olaraq ətraflı cavab göndərmiş 
olur; 

Müxtəlif yerlərə göndərmə (mailing lists). Burada “e-mail”-ə abunə 
olmaqla dövrü olaraq müxtəlif xarakterli informasiyaları istifadəçi 
mütəmadi olaraq alır. 
MS-DOS üçün MAIL, Windows üçün isə Outlook Express populyar elektron 
poçt müştəri proqramlarından istifadə olunur.
Son zamanlar WWW və onun proqram təminatı İnternet universal 
informasiya xidmətləri vasitələrini müəyyənləşdirir. Onlar istifadəçinin praktik 
olaraq FTP, e-mail, WAIS, Gopher və s. resurslarından istifadə etməsini təmin 
edir. Bu tip əlaqələri istənilən WWW serverə müraciət edərkən göstərmək 
lazımdır. 
FTP (File Transfer Protocol)
 – faylların çox asanlıqla ötürülməsinə imkan 
verən protokoldur. Protokoldan faylların İnternetdən ötürülməsi üçün istifadə 
edilir. FTP serverləri özlərində müəyyən miqdar informasiyanı fayllar formasında 
saxlayırlar. FTP serverlərində saxlanılan fayllara İnternetdən istifadə etməklə 
müraciət etmək olar. Bəzi hallarda baxış üçün fayllara birbaşa müraciət etmək 
olmur. Ona görə də, belə faylları FTP serverlərindən lokal serverlərə köçürmək 
lazım gəlir. FTP serverlərində olan faylı əldə etmək üçün şəbəkə qovşağının, 
kataloqun və faylın adını dəqiq bilmək kifayətdir. 
FTR serverləri kimi Gopher (fayl mübadiləsinin daha mükəmməl sistemi) 
serverləri də indiki zamanda ancaq universitetlərdə istifadə edilir. Bundan əlavə 
bəzi kommersiya firmaları özlərinə aid olan proqram təminatlarını yazmaq üçün 
FTP serverlərdən istifadə edirlər. FTP və Gopher serverlərinə müraciət standart 
Veb – brauzerlərinin köməkliyi ilə həyata keçirilir. 
NNTP
(Network News Transfer Protocol – Şəbəkə Xəbər Ötürmə Protokolu) 
- bu xəbərlər (məqalələr) yaymaq və qəbul etmək, telekonfranslar keçirmək, 
şəbəkədə diskussiya etmək, elanlar vermək və s. üçün işlənib hazırlanmış 
standart İnternet protokoludur. 
QEYD
: Diskussiya latın sözüdür, məsələyə baxış və ya məsələ üzərində 
tədqiqat aparma anlamını verir. Diskussiyanın əsas xarakteristikası (digər 
mübahisələrdən fərqli cəhəti) aparılan mübahisənin arqument əsasında həyata 
keçirilməsidir. Mübahisədə iştirak edən hər iki tərəf, qarşı tərəfin - həmsöhbətin 
fikrini əsas götürməklə öz mövqeyini arqumentə əsaslanaraq bildirməlidir. 
UseNet
(hazırda dünyada ən qlobal hesab edilən telekonfranslar sistemi) 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin