İ N F O R M A T İ K A ____________________________________________________________ 383
Elektron poçtu (E-mail). Bu xidmət növü hazırda İnternetin ən kütləvi
xidmət növüdür, çünki bir çox hüquqi və fiziki şəxslər məhz bu xidmət növündən
istifadə etmək üçün İnternetə qoşulurlar. E-mail kommersiya təşkilatları üçün
operativ biznes informasiyasının sürətli ötürülməsində istifadə edilən əvəzedilməz
bir vasitədir. Elektron poçtla istifadəçi dünyanın müxtəlif bölgələrində yaşayan və
ya işləyən istifadəçilərlə əlaqə qura bilər. İstifadəçilər bu xidmətdən ənənəvi
məktub, telefon, yaxud faks əvəzi istifadə edirlər. Elektron poçtu uzaq məsafəyə
xəbərlərin ötürülməsini təmin edir. Elektron poçtu vasitəsilə İnternetdə
informasiya göndərilir və əldə edilir. Elektron poçtundan faylların, proqramların
ötürülməsi üçün də istifadə olunur. Elektron poçtu vasitəsilə kompüterin
yaddaşında saxlanılan istənilən faylı lazım olan ünvana göndərmək mümkündür.
Bu zaman çalışmaq lazımdır ki, yaddaşda olan faylın tutumu 3 Mbayt-dan artıq
olmasın, çünki böyük tutumlu fayllar göndərilən zaman mütləq maneələrlə
rastlaşırlar. Digər tərəfdən fayl böyük olduqca onun göndərilmə vaxtı da uzanır.
Nəticədə səhvlərə yol verilir, faylı yenidən göndərmək lazım gəlir və s.
Çatışmazlığı aradan qaldırmaqdan ötrü universal MIME (Multipurpose Internet
Mail Extensions – İnternet Poçtunun Çoxməqsədli Genişlənməsi) üsulundan
istifadə edilir. MIME elektron poçtu vasitəsilə göndərilən bütün faylları kodlayır.
Əks tərəfdə isə alınmış informasiya dekodlanır və istifadəçi proses zamanı
informasiyanı əvvəlki şəkildə alır.
elm@iit.ab.az
informasiya fraqmenti yazılışını araşdıraq. Yazılışda istifadəçi
@ qovşaq kompüteri, altdomen, I səviyyəli domen kimi əks edilir.
İstifadəçi - bu istifadəçinin adıdır. Məsələn, elm@ - kommersiya işarəsi
istifadəçinin adını qovşaq kompüterin adından ayırır. Ünvanın ikinci hissəsi, yəni
@ işarəsindən sonrakı yazılış istifadəçinin İnternetə qoşulduğu kompüterin
ünvanını göstərir. Kompüter ünvanı bir-birindən nöqtə ilə ayrılan bir neçə
hissədən ibarətdir.
Elektron məktubun qəbul edilmiş formatı başlıq və məlumatdan ibarət olur:
From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı;
To (hara): məktub göndərilən şəxsin ünvanı;
Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı;
Subject: məktubun mövzusu;
Date (tarix): məktubun göndərilmə tarixi və zamanı (bu sətir avtomatik
doldurulur);
Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı.
Son zamanlara qədər uzaq məsafə ilə əlaqə əsasən, elektron məktublar
vasitəsi ilə həyata keçirilirdi. İndiki zamanda isə E-mail vasitəsi ilə şəkillər,
fototəsvirlər, audio və video yazılar və sairədən istifadə etməklə informasiya
mübadiləsi aparmaq mümkündür. Yuxarıda qeyd olunan informasiya fraqmentini
göndərmək və ya onları elektron məktubuna birləşdirmək olar. Fraqmentləri
birləşdirən fayl məktub ilə eyni zamanda göndərilir.