İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


İNTERNETİN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə271/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   267   268   269   270   271   272   273   274   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İNTERNETİN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ 
İMKANLARI 
 
Müasir dövrdə İnternetin istifadəçilərə təklif etdiyi xidmətlər onun 
nüfuzunun gündən-günə artmasına səbəb olur. İnternetin xidmətləri sayca 
nisbətən çox olsa da, onlardan daha geniş tələbata malik olanları aşağıda qeyd 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 381 
edilmişdir: 

WWW (World Wide Web – Ümumdünya hörümçək toru); 

Elektron poçtu (E-mail) - xidmət növü; 

FTP (File Transfer Protocol) – faylların çox asanlıqla ötürülməsinə imkan 
verən protokol; 

NNTP (Network News Transfer Protocol) – şəbəkə xəbər ötürülmə 
protokolu. Bu “
telekonfrans
(UseNet)” kimi də göstərilir; 

Gopher – fayl mübadiləsinin daha mükəmməl sistemi; 

TelNet – uzaqda yerləşən terminal protokolu. 
WWW
ümumdünya hörümçək toru olub, bütün Web serverlərini özündə 
birləşdirir. Veb keçidlərdə saxlanılan sənədlər (Veb–səhifələr) İnternet xidmətinin 
ən çox yayılmış informasiya növü sayılır. 
İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində Veb İnternet 
xidmətlərindən biridir. Veb özündə mətn, görüntü, səs, videoklip, animasiya kimi 
multimedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və konsertlərin yayımını 
birləşdirir. WWW monitorun seçilmiş sahəsində mausun düyməsini sıxmaqla bir 
sənəddən və ya kompüterdən digərinə keçməyə imkan verir. WWW-nin proqram 
təminatından istifadə edərək kompüterlərin manitorunda mətnlər, qrafiki təsvirlər, 
video-audio informasiya görüntüləri alınır. Veb İnternetin geniş resurslarına, şəkil, 
musiqi kliplərinə və filmlərə müraciəti təmin edir. Veb digər sistemlərdən fərqli 
olaraq iki xüsusiyyətə malikdir. Veb multimedia hiper-müraciətinin interaktiv 
vasitəsidir. Hipermüraciət İnternetin müxtəlif resursları arasındakı müraciətdir. 
Hipermüraciət sənədi adicə mətn sənədidir. Onlar digər mətn sənədlərindən 
rənglərinə və altlarından xətt çəkilmələrinə görə seçilirlər. 
Veb - qlobal multimedia kommunikasiya sistemi olaraq, informasiyanın 
ötürülməsinin yeni üsuludur. Hipermətn - hipermüraciətləri istifadə edən elektron 
sənəddir. Veb səhifələrində informasiya hipermətnlərlə yaradılır. Hipermətn 
müəyyən sayda mətn sənədlərinin istinad edilməklə birləşdirilməsi 
texnologiyasıdır. Hipermətn özlüyündə mətn sənədidir. Onun tərkibi digər 
sənədlərdə saxlanılan materiallara müraciət etməklə toplanmış mətnlər 
toplusundan ibarətdir. 
Xüsusi hazırlanmış brauzer proqramları (Veb mühitində və İnternetdə 
axtarışa və baxışa imkan yaradan, həmçinin istifadəçinin kompüterində işləyən 
xüsusi proqramlar) var. Bu proqramlara 
brauzerlər
deyilir. Müxtəlif şirkətlər 
tərəfindən yaradılmış bir çox brauzer proqramları mövcuddur. Lakin daha çox 
istifadə olunan Microsoft şirkətinin Internet Explorer və yaxud Netcape şirkətinin 
Netcape Communicator proqramlarıdır. 
Brauzerlərin köməyi ilə istifadəçi Veb səhifələrinin birindən digərinə təkcə 
Veb keçidlərinin əhatəsində deyil, başqa yerlərdə də keçməklə Veb səhifələrində 
hipermüraciətin daxilindəkilərə baxış keçirə bilər. Buradan aydın olur ki, Veb 
səhifələri bir-biri ilə İnternet daxilində ixtiyari şəkildə əlaqəlidirlər. Odur ki, 
informasiyanın bu şəkildə təqdimi WWW, hipermətndə informasiyanı təqdim 
etmək üçün istifadə edilən dil isə HTML (Hyper Text Markup Language) adlanır. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin