İ N F O R M A T İ K A ____________________________________________________________
384
QEYD : 1965-ci ildə Massaçuset Texnologiya İnstitutunun əməkdaşları Noel
Morris və Tom Van Vlek IBM 7090/7094 kompüterinə quraşdırılmış CTSS
(Compatible Time-Sharing System) əməliyyat sitemi üçün MAIL proqramını
hazırlayırlar.
Sonrakı illərdə bu istiqamətdə digər mütəxəssislərin də elmi araşdırmalar
aparmasına baxmayaraq bu sahədə hiss ediləcək irəlləyiş əldə olunmur. Öncə
elektron poçtu böyük ölçüyə malik verilənlərin mərkəzləşdirilmiş təhlilini həyata
keçirə bilən böyük kompüterlərdə – maynfremlərdə informasiya mübadiləsinin
yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdu. Bu məsələ istifadəçilərdən ötrü o
qədər əlverişli oldu ki, onlar belə əməliyyatları müxtəlif kompüterlər arasında da
həyata keçirməyə başladılar.
Tom Van Vlek Noel Morris
İlk elektron məktub 26 mart 1976-cı ildə İngiltərənin kraliçası Yelizaveta II
göndərilmişdir. Hal-hazırda hər bir kəs “smaylam”ın xidmətindən istifadə edir.
Amma əksəriyyəti bilmir ki, smaylamın yaranma tarixi əslində 12 aprel 1979-cu il
hesab olunmalıdır.
İnternetin xidmətləri arasında elektron poçtu ilə əlaqə yaratmaq ən ucuz
başa gəlir. Elektron məktub hazırlamaq üçün istifadəçi off-line rejimində işləyir. O,
poçt müştəri-proqramının köməyi ilə məktubun mətnini formalaşdırır, alıcının
ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi on-
line rejiminə keçir, daha dəqiq desək poçt-serveri ilə əlaqə yaradır və məktubun
göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir. Hazırlanmış məlumat
serverə ötürülür və məktubu alan istifadəçi fərdi kompüterində öz ünvanına
baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya ləğv edilir, ya da
saxlanılır. Poçt serveri dövrü olaraq abonentlərin qutularına baxır, daxil olmuş
məlumatların göndərilməsini təşkil edir.