İ N F O R M A T İ K A
____________________________________________________________
392
Elektron poçtu
@
FTP - server
ftp://
Gopher-server
gopher://
UseNet
news:
TelNet
telnet://
Əgər unifikasiyalı resurs göstəricisinin ünvanını göstərən zaman, faylın
spesifikasiyası göstərilməyibsə, o zaman həmin Veb server üçün səhifə özü açılır.
Veb səhifələrlə işləmək üçün əsasən aşağıdakı əməliyyatlar ardıcıllığını
yerinə yetirmək lazımdır:
Sənədlin adı;
Kodlaşdırmanın dəyişdirilməsi;
Hiperistinadlar vasitəsilə lazımi səhifəyə keçid;
Seçilmiş sənəd faylının saxlanılması;
Sənədin çap edilməsi.
Sənədin açılışında iki hal ola bilər. Əgər sənədin ünvanı məlum deyilsə,
yalnız tələb olunan informasiyanın xarakteri məlum olarsa, bu halda axtarış
sistemlərinin birinə müraciət etmək lazımdır. Internet Explorer-in pəncərəsində
açılmış
Veb-səhifə
ekranda düzgün təsvir olunmadıqda səhifələrin
kodlaşdırılmasının dəyişdirilməsini yerinə yetirmək lazımdır.
Hiperistinad vasitəsilə sənədin lazım olan səhifəsinə keçid – hiperistinad
işarələr üzərində mausun sol düyməsini sıxmaqla yerinə yetirilir. Hiperistnad digər
sənədlərin səhifələrinə də istinad edə bilir.
TCP/IP PROTOKOLLARI AİLƏSİ
Artıq qeyd edildiyi kimi, TCP/IP protokolları müxtəlif səviyyəli
kommunikasiya protokollarının tam ailəsini əhatə edir. Bura aşağıdakılar aiddir:
IP (Internet Protocol) – şəbəkələrarası protokol;
TCP (Transmission Control Protocol)- baza nəqliyyat protokolu;
UDP (User Datagram Protocol)- TCP protokolundan fərqlənən ikinci
nəqliyyat protokolu;
ARP (Address Resolution Protocol)- IP və Ethernet ünvanlarının
uyğunluğunu müəyyən etmək üçün istifadə edilir;
SLIP (Serial Line İnternet Protocol)- telefon xətti ilə verilənlərin
ötürülməsinin kanal protokolu;
PPP (Point to Point Protocol)- “məntəqədən məntəqəyə” məlumat
mübadiləsinin kanal protokolu;
FTP (File Transfer Protocol) – fayl mübadiləsinin tətbiqi protokolu;
Telnet –virtual terminalın emulyasiyasının tətbiqi protokolu;
DNS (Domain Name System)- domen adları sistemi;
RIP (Routing Information Protocol)- marşrutlaşdırma protokolu;