İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə283/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   279   280   281   282   283   284   285   286   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 393 

NFS (Network File System)- paylanmış fayl sistemi və şəbəkə çap sistemi; 

SNMP (Simple Network Management Protocol)- şəbəkəni idarə edən sadə 
protokol. 
Kanal səviyyəsinə SLIP və PPP protokolları, şəbəkə (şəbəkələrarası) 
səviyyəsinə IP və ARP protokolları, nəqliyyat səviyyəsinə TCP və UDP protokolları 
aiddir. 
QLOBAL ŞƏBƏKƏLƏR 
 
Ərazi kompüter şəbəkələri də adlandırılan qlobal şəbəkələr (Wide Area 
Networks - WAN) böyük ərazilərdə, məsələn, oblast, region, dövlətlər, kontinent 
və ya bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün 
yaradılıb. Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin 
qurulması böyük xərclər tələb edir. Bura kabellərin və onların çəkilmə işlərinin 
qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin 
edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış 
şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri daxildir. 
Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən 
abonentlərə pullu xidmət etmək üçün yaradılır. Qlobal şəbəkələrin qiymətinin 
baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompüter verilənləri, telefon 
danışıqları, fakslar, teleqramlar, televiziya görüntüləri, telemətn (iki terminal 
arasında verilənlərin ötürülməsi), videomətn (şəbəkədə saxlanılan verilənlərin öz 
terminalına ötürülməsi) və s. ötürə bilən vahid qlobal şəbəkənin yaradılması 
daima diqqət mərkəzindədir. 
QLOBAL ŞƏBƏKƏNİN STRUKTURU 
 
Qlobal hesablama şəbəkələri müəssisədə olan və ya uzaq məsafədə 
yerləşən, həmçinin informasiya mübadiləsinə ehtiyacı olan bütün abonentlər 
arasında əlaqə yaratmaq imkanına malik olmalı və kompleks xidmətlər 
göstərməlidir. Qlobal kompüter şəbəkəsinin ümumiləşdirilmiş struktur sxemi 
aşağıdakı şəkildə göstərilib. 
Qlobal hesablama şəbəkəsi biri-biri ilə əlaqədə olan üç altşəbəkədən 
ibarətdir: 

Verilənləri ötürmə şəbəkəsi –VÖŞ; 

EHM şəbəkəsi; 

Terminal şəbəkəsi. 
Verilənləri ötürmə şəbəkəsi əlaqə kanalları və əlaqə qovşaqlarından ibarət 
olub EHM-lər arasında informasiya mübadiləsini yerinə yetirmək üçün nəzərdə 
tutulub. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin