İ N F O R M A T İ K A ____________________________________________________________
398
Windows 7 əməliyyat sisteminə fərdi kompüterin viruslardan müdafiə
edilməsi üçün sistemin proqram təşkilediciləri əlavə olunmuşdur. Onların arasında
brandmayerlərə də rast gəlmək mümkündür (kompüterlərin susma rejimində
brandmayer qoşulmuş vəziyyətdədir).
Bir çox hallarda istifadəçilər fərdi kompüterlərinin təhlükəsiz işləmələri üçün
əlavə proqramlardan da istifadə edirlər, məsələn, kompüterə antivirus və ya
anticəsus proqramlarının yüklənməsi məsəhətdir.
İstifadəçi nəzərə almalıdır ki, istehsal olunan bir çox antivirus proqramları
bir-biri ilə uzlaşmır və bununda nəticəsində bir-birinə maneçilik edərək işləyirlər.
Nəticədə hər bir antivirus proqramı digərinə mane olur, virusun aşkarlanaraq
aradan götürülməsində birinci olmaq istəyir.
Bu baxımdan da fərdi kompüter istifadəçisi istehsal olunan antiviruslardan
birinə üstünlük verməli və seçdiyi antivirus proqramını fərdi kompüterinə
yükləməlidir.
Bir çox hallarda fərdi kompüter istifadəçisinə dövrü olaraq digər antivirus
proqramlarından (onlardan daima istifadə etməsələrdə) bəhrələnməyi məsləhət
bilirlər. Məsələn, istifadəçi “Doktor Veb” şirkətinin rəsmi saytına daxil olaraq
Curelt!
adlanan antivirus proqramının pulsuz variantını kompüterinə yükləyər,
ondan istifadə edə bilər.
Əksər antivirus və anticəsus proqramlarını fərdi kompüterə yükləmək tələb
olunur. Onlar mütəmadi olaraq istifadəçinin fərdi kompüterini yoxlayır, istifadə
zamanı açıq qalmış fayllara virusların daxil olmasına maneçilik göstərirlər.
Bununla da Sizin kompüterinizin tutarlı səviyyədə təhlükəsiz iş rejimi təmin
edilimiş olur.
QEYD : Əksər istifadəçilər fərdi kompüterlərə düşən virusları bir-birindən
fərqləndirə bilmir. Onlar ümumi halda bütün virusları ancaq ziyan vuran kompüter
virusu kimi tanıyır. Bu sözsüz ki, düzgün fikir deyil. Nəzərə almaq lazımdır ki,
viruslar müxtəlif ziyanverici proqram təminatıdır.
Virus nədir?
Kompüter virusu kompüterdəki fayla və ya proqrama bərkidilmiş
(yapışdırılmış), bir kompüterdən digərinə keçməklə yayılan proqramdır. Viruslar
kompüterə düşməklə onun işinə maneçilik edir, kompüterdə yerinə yetirilən
əməliyyatları ləngidir, kompüterin əməliyyat sistemini tamamilə korlayır. Virusların
yayılmasında əsas rolu kompüterlərdə istifadə edilən fləş qurğuları, bir
istifadəçinin digərinə məktub göndərdiyi zaman istifadə etdiyi e-mail, istifadəçilər
arasında piratlıq yolu ilə birindən digərinə ötrülən, çox istifadə edilən virus
yoluxmuş proqramlar oynayır.
Soxulcan nədir?
Soxulcanları da müəyyən dərəcədə virus saymaq olar. Soxulcanlar
kompüterdən kompüterə yayılırlar. Onların viruslardan əsas fərqi istifadəçinin
köməkliyi (fəaliyyəti) olmadan kompüterlərdə səyahət etməsidir. Soxulcanın ən
böyük qorxusu sistemdə özü-özünü modifikasiya etməsidir (kopiyalamasıdır).