İ N F O R M A T İ K A ____________________________________________________________
400
bahalı, nəhəng texniki sistemlər olduğundan, onlardan yalnız iri dövlət və xüsusi
şirkətlər istifadə edə bilirdilər. Müəyyən müddətdən sonra informasiya
mübadiləsinə zərurət meydana çıxdı – ilk şəbəkələr yarandı. Lakin həmin
vaxtlarda kompüterlər qapalı sistemlər idi və ağ xalatlı ciddi insanlar tərəfindən
idarə edilirdi. Buna görə də o vaxtlar xuliqanlıq və ziyankarlıq barədə heç kim
düşünməmişdi. Təəssüf ki, tarix kompüter ziyanvericilərinin yaradılması barədə
olan çoxlu faktları üzə çıxarmır. Lakin buna baxmayaraq bəzi faktlar məlumdur.
Özüçoxalan mexanizmlər (proqramlar) nəzəriyyəsinin əsasını qoyan fizika və
piyaziyyat elmləri üzrə görkəmli elmi nəticələrə nail olmuş, dünya şöhrətli macar
əsilli amerikalı alim Con fon Neyman (Yanoş Layoş Neyman) (1903-1957)
olmuşdur. Con fon Neyman “Mürəkkəb avtomatlar nəzəriyyəsi və təşkili”
mövzusunda mühazirələr seriyası oxuyurdu ki, bu mühazirələr də sonralar
özütörəyən avtomatlar nəzəriyyəsinin təməlini təşkil etmişdi. Lakin bu, yalnız
nəzəriyyə idi.
Həmin dövrdə bu nəzəriyyə tənqidə məruz qaldı və elmi ictimaiyyətin
diqqətini cox da cəlb eləmədi. Con fon Neyman 1951-ci ildə belə mexanizmlərin
yaradılması metodunu təklif etmişdi.
Rocer Penrouz
1957-ci ildə “Nature” jurnalında L.S.Penrouz,
həyat yoldaşı, fizika üzrə Nobel mükafatı laureatı
Rocer Penrouzla həmmüəllif olmaqla özüçoxalan
mexaniki strukturlar haqqında ilk məqaləni çap
etdirir. Bu məqalədə təmiz mexaniki konstruk-
siyalarla bahəm belə strukturlar üçün aktivləşmə,
tutub saxlama və azad etmə imkanlarına malik olan
ikiölçülü model də şərh edilir. Bu məqalədəki
materiallara əsaslanmaqla F.J.Ştal IBM 650 elektron
hesablama maşınında istifadə olunan maşın dilində
biokibernetik modeli proqramlaşdırır. Bu proqramda
məxluq
sıfıra
bərabər
olmayan
sözlərlə
qidalanmaqla hərəkət edir.
Məxluq müəyyən sayda simvolları “yeyəndən” sonra çoxalır. Bu zaman yeni
əmələ gələn mexanizmlər mütasiya imkanına malik ola bilir. Kibernetik məxluq
müəyyən müddət ərzində qidalanmayanda “ölürdü”.
1961-ci ildə Bell Telephone Laborototies kompaniyasının (ABŞ) əməkdaşları
V.A. Vısotski, X.D. Makilroy və Robert Morris “Darvin” adlandırılan qeyri-adi oyun
yaradırlar. O vaxtlar hələ yüksək səviyyəli proqramlaşdırma dilləri yox idi. Oyun
assembler dilindən istifadə edilməklə yaradılmışdı. Bu oyunun mahiyyəti ondan
ibarət idi ki, assemler dilində yazılmış “orqanizmlər” adlandırılan bir neçə proqram
komüterin yaddaşına yüklənirdi. Bir oyunçunun yaratdığı (daha dəqiq desək bir
növə aid olan) orqanizmlər digər növə aid olan orqanizmləri məhv etməli və
onların mövcud olduğu fəzanı zəbt etməli idi. Yaddaşı tamamilə zəbt edə bilən və