İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə291/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   287   288   289   290   291   292   293   294   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 403 
Riçard Skrenta 
Virus 
DOS 
əməliyyat 
sisteminə yoluxmaqla yayılırdı. 
Proqram virusa yoluxmamış 
disketə rast gələn kimi özünü 
həmin disketə köçürürdü. 
Bu virusun təsirindən ilk 
zərər görənlər Riçardın dostları 
və tanışları, həmçinin onun 
riyaziyyat müəllimi olmuşdu.
Aşağıda həmin virus nümunə kimi verilmişdir.
ELK CLONER: 
THE PROGRAM WITH A PERSONALITY 
IT WILL GET ON ALL YOUR DISKS 
IT WILL INFILTRATE YOUR CHIPS 
YES, IT'S CLONER 
IT WILL STICK TO YOU LIKE GLUE 
IT WILL MODIFY RAM, TOO 
SEND IN THE CLONER! 
1980-ci illərdə artıq yüzlərlə dəyişilmiş fəal viruslar mövcud idi. Fərdi 
kompüterlərin meydana çıxması və yayılması ilə həqiqi epidemiya yarandı. Belə 
ki, artıq minlərlə virus var idi. Lakin “kompüter virusu” termini ilk dəfə 1984-cü 
ildə ABŞ-ın Lexay universitetində keçirilən informasiya təhlükəsizliyi üzrə 
konfransda həmin universitetin əməkdaşı F.Koen tərəfindən istifadə edilmişdir. 
İlk “peşəkar” viruslar xeyli sadə idi və istifadəçidən gizlənmirdilər, öz 
dağıdıcı fəaliyyətlərini (faylların silinməsini, disklərin məntiqi quruluşunun 
dağıdılmasını) ekrana çıxardıqları gülməli şəkillərlə və “Kilimancaro dağlarının 
hündürlüyü neçə millimetrdir?” kimi mənasız suallarla və “Qeyri-düzgün cavab 
daxil edən kimi vinçesterdəki bütün verilənlər məhv ediləcəkdir!!!” kimi yersiz 
hədələyici zarafatlarla ört-basdır edirdilər. Belə virusların aşkar edilməsi asan həll 
edilən məsələ idi. Bu viruslar *.com və ya *.exe tipli fayllara qoşulduğundan, 
həmin faylların ölçülərini dəyişdirirdi. İlk antiviruslar bu cəhəti nəzərə alaraq 
yoluxmuş faylları təyin edirdi. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin