İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə296/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   292   293   294   295   296   297   298   299   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
408 
1990-cı il mayın 4-də Amerikanın “And içmə” məhkəməsi virusun müəllifi 
Morrisə 2 il azadlıqdan şərti məhrum etmə, 400 saat məcburi ictimai əmək və 10 
min dollar məbləğində cərimə cəzası kəsdi. 
1990-ci ilin əvvəlində Chameleon adlandırılan ilk polimorf virus meydana 
gəldi. Bu texnologiya tez bir zamanda stels-texnologiya (Stealin) və zirehləmə 
(Armored) ilə uzlaşdırılmaqla yeni viruslara antivirus paketlərə müqavimət göstərə 
bilmək imkanı yaradırdı. 1990-cı ilin ikinci yarısında Frodo və Whale adlı iki stels-
virus yaradıldı. Bu virusların hər ikisində həddən artıq mürəkkəb olan ctels 
alqoritmlərdən istifadə edilmişdi. 9 Kilobaytlıq Whale proqramında əlavə olaraq 
şifrləmənin bir neçə səviyyəsi və düzəliş (otladka) əleyhinə fəndlər tətbiq 
edilmişdi.
1990-cı ildə Bolqarıstanda dünya üzrə ilk dəfə ixtisaslaşdırılmış (xüsusi) BBS 
(Bulletin Board System – elektron elanlar lövhəsi) yaradılır. Arzu edən hər kəs 
lövhədən yeni virus proqramını köçürə bilərdi. Elə həmin dövrdə virus yazmaq 
məsələlərinə həsr edilən Usenet konfransları fəaliyyət göstərməyə başlayır. Həmin 
il Mark Lüdviqin “Kompüter virusları haqqında kiçik qara kitab”ı çap edilir.
Kompüter viruslarının qarşısının alınması problemi iri kompaniyaların da 
diqqətini cəlb edir. 
1991-ci ilin əvvəlində Tequila adlı yükləmə virusu kütləvi epidemiyaya səbəb 
oldu. 1991-ci ilin yayında ilk link-virus peyda oldu və peyda olan kimi də 
epidemiyaya səbəb oldu. 
1991-ci ildə öz bədəninin şəklini dəyişə bilən polimorf viruslar meydana 
çıxdı. Windows 95 əməliyyat sistemi praktiki olaraq belə hücuma hazır olduğunu 
bildirdi və firma Windows 95 əməliyyat sisteminin beta-versiyasını 160 testediciyə 
payladı. Kompütredə istifadə olunan diskləri antivirusa yoxlayan firma əməkdaşı 
bütün disklərin Form adlanan yükləyici virusla yoluxduğunun şahidi oldu. Halbuki, 
prinsipcə yeni əməliyyat sisteminin (Windows 95-in) ilkin təqdimatına həsr edilmiş 
mərasimdə onun hər cür virusdan tamamilə qorunduğu bildirilmişdi. Bir-neçə 
aydan sonra bu fikir alt-üst oldu.
Microsoft Word sənədlərini yoluxduran ilk makrovirus aşkar edildi. Bu, artıq 
sadəcə qeyri-adi şəkildə icra edilən fayl deyil, xüsusi ssenari idi. Bir ay ərzində 

Concept”
adlı makrovirus bütün Yer kürəsini dolaşaraq dünyada onlarla şirkətin 
mətn redaktorunu iflic etmişdi. Bugün Concept virusunun 100-ə yaxın 
modifikasiyası mövcuddur.
1992-ci ildə fərdi kompüterlər (PC) üçün ilk virus konstruktorları (VCL), hazır 
polimorf modullar (MtE, DAMEvə TPE) və şifrləmə modulları yaradıldı. Bu andan 
başlayaraq hər bir proqramçı öz virus proqramına rahatca şifrləmə funksiyası 
əlavə edə bilərdi. 1992-ci ilin sonunda Windows 3.1 üçün WinVer adlı ilk virus 
peyda oldu. 
1993-cü ildə SatanBug virusu Vaşingtonda çoxsaylı kompüterlərə yoluxur. 
Virusun müəllifi 12 yaşlı oğlan idi. 
1993-cü il daha çox virusların fayllara yoluxmaq, sistemə daxil olmaq və s. 
üçün qeyri-adi üsullardan istifadə etməsi ilə yadda qalıb. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin