İ N F O R M A T İ K A
____________________________________________________________ 397
FƏSIL XV. İNTERNETDƏN TƏHLÜKƏ
VƏ ONDAN MÜDAFİƏ
İstifadəçi İnternetə qoşulan zaman İnternetdən fərdi kompüterə daxil olan
ziyanverici viruslara qarşı həyata keçirilən müdafiə tədbirləri şəbəkələrarası
ekranlaşdırıcı avadanlıqların köməkliyi ilə yerinə yetirilir. Belə avadanlıqlara
nümunə olaraq şəbəkələrarası ekran proqramlarını göstərmək mümkündür.
Hesablama texnikasında bu tip proqramları
brandmayer
və ya
Firewall
adlandırırlar.
Brandmayerlərin hansı funksiyanı yerinə yetirməsi onların necə
sazlanmasından asılıdır. Adətən onlar digər kompüterlərin
Sizin istifadə etdiyiniz
fərdi kompüterin resurslarına daxil olma cəhdinin qarşısını alır və Sizin
kompüterinizdə istifadə olunan proqramlara və İnternetə göndərilən
informasiyaya nəzarət edirlər. Məsələn, troyan adlanan viruslar İnternetdən və ya
elektron poçtundan Sizin kompüterə daxil olub
kompüterinizdə olan fayllar
haqqında informasiya toplayaraq pisfikirli (bədəməlli)
kompüter istifadəçisinə
göndərir. Burada məqsəd müxtəlif ola bilir: heç bir fəaliyyətə ziyan vurmadan
mümkün kommersiya təkliflərinin qiymətləndirilməsi üçün məlumatların
toplanması naminə və ya ciddi sənaye cəsusluğu ilə məşğul olmaq üçün tutarlı
səviyyədə əhəmiyyət kəsb edən informasiyaların əldə olunması xatirinə. Belə
proqramlar Sizin kompüterə daxil etdiyiniz parolları izləməklə yanaşı digər məxfi
(konfidensial) proqramları da nəzarətdə saxlaya bilir.
Brandmayerlərdən başqa İnternetlə bağlı təhlükələrin qarşısını almaqdan
ötrü (cəsus proqramların axtarılması və neytrallaşdırılması)
spyware
adlanan
proqram təminatından da istifadə edilir.
Troyan viruslarından başqa İnternetdən
rəsmi şəkildə təqdim edilən
proqram təminatı təşkilediciləri (komponentləri) bir çox hallarda proqram
modullarına malik olurlar ki, onlarda Sizin istifadə etdiyiniz kompüter haqqında
məlumat toplamaqla yanaşı Sizin icanəniz olmadan (Sizdən xəbərsiz) Sizə məxsus
olan informasiyanı proqram istehsalçılarına göndərə bilirlər.
Bir çox hallarda
istehsalçı şirkətlər bu şəkildə informasiya toplanmasını və İnternet vasitəsi ilə
onlara çatdırılmasını istifadəçinin işinə ziyan vurmayacağını sübut etməyə cəht
göstərirlər və bu əməliyyatın hətta istifadəçiyə müəyyən qədər xeyir gətirəcəyini
də sübut etmək istəyirlər. Nəzərə alınmalıdır ki, istənilən kompüter istifadəçisi ona
məxsus olan informasiyanı gizli saxlamaqla yanaşı digər kompüter istifadəçisinə
göndərməməyə də tam ixtiyarı vardır. Bu baxımdan da kompüter istifadəçisinin
brandmayerdən istifadəsi məsləhətdir. Bununla o,
fərdi kompüterini cəsus
proqramlarından müdafiə etmiş olur.