İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə277/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   273   274   275   276   277   278   279   280   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 387 
NNTP protokolunun tətbiq edildiyi sistemlərdəndir. 
Məlum olduğu kimi hazırda hər bir dəqiqə ərzində dünyada minlərlə 
konfranslar, görüşlər keçirilir, diskussiyalar edilir, müəyyən problemlər ətrafında 
fikir mübadiləsi aparılır, onlar barəsində müəyyən məqalələr çap edilir və s. Məhz 
İnternetin xəbər xidməti vasitəsilə belə fəaliyyətlər bir yerə yığılaraq 
sistemləşdirilir və müəyyən mövzuya marağı olan istifadəçilərə bu yığıncaqlarda 
interaktiv iştirak etmək imkanı yaradılır. 
UseNet gündə 24 saat, ildə 365 gün fəaliyyət göstərən bir sistemdir. O gün 
ərzində təxminən 5 minə yaxın (bəzi hallarda daha çox) mövzunu əhatə edən 
görüşlərin keçirilməsinə imkan verir. UseNet sistemi vasitəsilə müəyyən mövzunu 
seçmək, gedən “söhbətləri” izləmək və hətta həmin mövzuya aid məqalə də 
göndərmək olar. Bəzi qrupları (adətən müəyyən elmi məqalələri) “idarəedən”lər 
vardır və onlar daimi olaraq müəyyən mövzu ətrafında gedən söhbətləri və 
məqalələri diqqət mərkəzində saxlayırlar. Əgər göndərilən məqaləni həmin 
görünüş mövzusunda uyğun hesab etmirlərsə, onu UseNet sistemində dərc 
etmirlər və ya müəyyən vaxt məhdudiyyəti qoyurlar. 
Gopher
FTP protokolunun kompüterlərarası fayl mübadiləsinin öhdəsindən 
yaxşı gəlməsinə baxmayaraq, bu sistemdə fayllarla işləmək üçün digər zəruri 
vasitələr yoxdur. Buna görə fayl mübadiləsinin daha mükəmməl sistemi olan 
Gopher işlənib hazırlanmış və İnternetin xidmətləri sırasına daxil edilmişdir. 
Gopher sistemi fayla təkcə onun ünvanına, domen adına görə deyil, həm də 
onun tərkibinə görə, yəni faylın əhatə etdiyi mövzuya görə də axtarılır. Gopher 
ekranında menyu sistemi vardır. Baş menyunun hər bir elementi Gopher-in 
konkret funksiyasını xarakterizə edir. Gopher sisteminin quruluşu istifadəçiyə 
imkan verir ki, o FTP və TelNet (uzaqda yerləşən terminal protokolu) kimi 
sistemlərlə inteqrasiya olunmuş formada işləsin. Belə ki, istifadəçi baş menyunun 
elementlərindən birini seçməklə sistem Gopher-serverdən kənara çıxaraq fayl 
axtarışını FTP və TelNet serverlərdə davam edə bilər. 
Hazırda mövcüd olan Gopher-serverlərin siyahısı bir neçə mindən artıqdır. 
Bütün Gopher kompüterlər (serverlər) - indekslər vasitəsilə Gopherspase 
(Gopher mühit) adlanan vahid axtarış sistemi formasında birləşdirilmişdir. Əgər 
FTP sistemi şəbəkə vasitəsilə müəyyən proqramların axtarışı üçün nəzərdə 
tutulubsa, Gopher sistemi ünvanların, kitab kataloqlarının, sorğu materiallarının, 
bir sözlə mətn informasiyasının axtarışı üçün işlənib hazırlanmışdır. 
TelNet
İnternetin ilk protokollarından biridir. Bu protokol uzaq məsafədə 
yerləşən və İnternet şəbəkəsinə qoşulan kompüterin resurslarından istifadə 
etməyə imkan verir. TelNet sistemi vasitəsilə şəbəkəyə qoşulmuş istənilən host 
kompüterə müraciət etmək, onun sisteminə müəyyən əmrlər vermək, həmin 
kompüterlərdə mövcud olan istənilən proqramı yükləmək və s. əməliyyatları 
yerinə yetirmək mümkündür. Bu zaman istifadəçinin kompüteri bilavasitə host 
kompüterə (uzaqda yerləşən terminala) “çevrilir” və istifadəçi özünü həmin 
kompüterin ekranı arxasında oturmuş hiss edir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin