İ N F O R M A T İ K A ____________________________________________________________
380
xüsusiləşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyi ilə poçtu və
faylları göndərmək, verilənlər bazasında informasiya axtarışını aparmaq və s.
həyata keçirmək mümkündür.
İnternet serverlərinə müraciət edə bilmək üçün istifadəçinin kompüteri bu
qlobal şəbəkəyə qoşulmalıdır. Ayrı-ayrı istifadəçilərin İnternetin informasiya
resurslarına daxil olması adətən telefon şəbəkəsi ilə provayderlər və ya korporativ
şəbəkələr vasitəsilə həyata keçirilir. Provayder kimi kliyentlərlə əlaqə saxlaya bilən
və ümumdünya şəbəkəsinə çıxışı olan hər hansı bir təşkilat iştirak edə bilər.
İnternetin əsas halqası lokal hesablama şəbəkəsidir. Şəbəkə vasitəsi ilə
İnternet təkcə ayrı-ayrı kompüterlər arasında əlaqəni deyil, həmçinin daha bir
qrup kompüterlərin birləşməsini də həyata keçirir. Əgər bir neçə lokal şəbəkə
ardıcıl olaraq İnternetə qoşularsa, onda bu şəbəkələrin hər bir işçi stansiyasıda
İnternetə qoşulmalıdır. Bundan əlavə istifadəçinin kompüteri də sərbəst formada
İnternetə qoşula bilər. Onda bu kompüterlər
host kompüterlər (aparıcı əsas
kompüter) adlanır və istifadə orada mövcud olan müştəri – proqramlar vasitəsi ilə
lazımi serverlərə müraciət etməklə həyata keçirilir.
Məlumatların ötürülməsinin yüksək sürətli magistralı kimi xüsusi ayrılmış
telefon xətlərindən, optik lifli kabellərdən və peyk rabitə kanallarından istifadə
oluna bilər. İnternetə qoşulmaq istəyən təşkilat xüsusi kompüterdən istifadə edir
ki, buna
şlüz deyilir. Şlüz, məlumatların lazımi ötürmə marşrutlarını seçməklə
bərabər, şəbəkənin ayrı-ayrı hissələrində nasazlıqlar baş verən halda
məlumatların ötürülmə marşrutlarını təshih (korrektə) etmək üçün daha böyük
şəbəkəyə qoşulan altşəbəkələrin parametrləri haqqında məlumata malik olmalıdır.
Burada yerləşdirilmiş proqram təminatı vasitəsilə şlüzdən keçən bütün məlumatlar
işlənir. Hər bir şlüzün öz İnternet protokol ünvanı olur.
Əgər şlüzün qoşulduğu lokal şəbəkəyə ünvanlaşdırılmış məlumat daxil
olubsa, həmin məlumat bu lokal şəbəkəyə ötürülmüş olacaq. Əgər məlumat digər
bir şəbəkəyə aid olarsa, o zaman həmin məlumat növbəti şlüzə ötürüləcək. Hər
bir şlüz bütün yerdə qalan şlüz və şəbəkələr haqqında geniş informasiyaya malik
olur. Hər bir məlumat lokal şəbəkədən şlüz vasitəsilə İnternetə ötürülürsə, bu
halda ən „
tez“
yol seçilir. Şlüzlər protokol vasitəsilə bir-biri ilə marşrutlar və
şəbəkənin vəziyyəti haqqında informasiya mübadiləsini aparırlar.
Bəzi şirkətlər provayder rolunda çıxış edə bilir. Provayder İnternetdə öz
şlüzünə malik olur və digər şirkətlərə və ayrı-ayrı istifadəçilərə bu şlüz vasitəsilə
şəbəkəyə daxil olmağa icazə verir.