İ N F O R M A T İ K A ____________________________________________________________ 351
Çoxsaylı naxışlara malik olan təsvir 0,1-dən əvvəlki ölçüyə kimi sıxıla bilər. LZW
sıxma üsulu TIFF və GIF fayllara tətbiq edilir. Bu üsulla GIF formatlı məlumatları
həmişə sıxmaq mümkündür. TIFF formatlı fayllar üçün sıxma imkanının
seçilməsini istifadəçi müəyyən edir. TIFF formatının digər sıxma üsulları tətbig
edilən variantlarda mövcuddur. Sıxma sxemləri fərqli olduğuna görə TIFF
formatının bəzi versiyaları bırgəliyə malik olmaya bilər, yəni TIFF formatına malik
olan faylı, əslində onu tanımalı olan bəzi qrafika proqramları ilə oxumaq olmur.
Başqa sözlə, TIFF formatların heç də hamısı eyni deyil. Bu problemin mövcud
olmasına baxmayaraq TIFF formatı hal - hazırda ən populyar rastr formatlardan
biri hesab edilir.
JPEG sıxma üsulu fotografiya keyfiyyətinə malik olan təsvirlər üçün yüksək
sıxma əmsalını təmin edir. Bu üsulla 100:1 nisbətində sıxılma təmin edilə bilir.
Belə sıxma üsulundan istifadə edilən JPEG fayl formatı fotoqrafiya üzrə birləşmiş
ekspertlər qrupu (Joint Photographic Experts Group) tərəfindən hazırlanmışdır.
Yuksək sıxma əmsalı sıxmadan sonra alınan faylda məlumatın bir hissəsinin
itməsi hesabına alınır. JPEG üsulunda insan gözünün parlaqlığın dəyişməsinə çox
həssas, rəngin dəyişməsinə isə az həssas olması faktorundan istifadə edilir. Ona
görə də bu üsulla sıxma zamanı piksellərin parlaqlıqlarının fərqi haqqında daha
çox, rənglərin fərqi haqqında isə daha az informsiya saxlanır. Qonşu piksellərin
minimal rəng fərqini hiss etmək çətin olduğuna görə sıxılmış təsvirin görünüşü
əvvəlki təsvirin görünüşündən demək olar ki, fərqlənmir. İstifadəçiyə sıxma
dərəcəsini müəyyən etməklə itkinin səviyyəsini idarə etmək inkanı verilir. Məhz bu
xüsusiyyətdən istifadə etməklə hər bir təsvir üçün daha münasib emal rejimi
seçmək olur. Başqa sözlə sıxma əmsalını göstərməklə təsvirin keyfiyyəti ilə
yaddaşa qənaət arasında seçim aparmağa imkan yaranır.
Saxlanan təsvir yüksək bədii tərtibat üçün nəzərdə tutulan fotoqrafiya olarsa,
şəklin mümkün olan qədər dəqiq görünməsindən ötrü heç bir itkidən söhbət
getməməlidir.
Əgər təsvir təbrik açıqcasinda yerləşdiriləcəksə, ilkin informasiyanın bir
hissəsinin itməsi böyük əhəmiyyət daşımayacaq. Hər bir təsvir üçün daha
münasib itki səviyyəsini eksperiment yolu ilə müəyyən etmək olar.