İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə243/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   239   240   241   242   243   244   245   246   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 345 
VEKTOR QRAFİKA 
 
Vektor qrafikada təsvirlər düz xətlərdən, qövslərdən, çevrələrdən, 
ellipslərdən, düzbucaqlılardan, eyni və müxtəlif rəngli oblastlardan qurulur. 
Bunları 
primitivlər
adlandırmaq qəbul edilmişdir. Sadə vektor obyektlərin köməyi 
ilə müxtəlif təsvirlər yaradilır. Vektor-primitivlərin kombinasiyasından və müxtəlif 
rənglərdən istifadə etməklə maraqlı təsvirlər almaq olur (şəkil 138.). 
Şəkil 138. Düzbucaqlı, dairə və xətlərdən istifadə etməklə yaradılmış sadə vektor 
obyektləri 
Üçölçülü kompüter qrafikasında kub, kürə və s. kimi həcmli primitivlərdən 
istifadə edilir. 
Vektor primitivlər şərh vasitəsilə verilir. Kompüter üçün belə şərhlər əmrlərin 
köməyi ilə verilir. Əmrdə müəyyən funksiya və onun parametrləri verilir. 
Obyektin rəngi haqqında informasiya vektor əmr formasında şərhin tərkib 
hissəsi kimi, rastr təsvirdə isə hər bir pikselin rəngi haqda informasiya saxlanır. 
Vektor əmrlər çıxış qurğusuna maksimal mumkun elementlərdən istifadə 
etməklə obyekt qurmaq barədə məlumat verir. Obyektlərin qurulması üçün çıxış 
qurğusunda istifadə edilən elementlərin sayı nə qədər çox olarsa obyekt bir o 
qədər yaxşı görünər. 
 
VEKTOR QRAFİKANIN ÜSTÜNLÜKLƏRİ 
VƏ ÇATIŞMAZLIQLARI 
Tərkibinə rastr obyektlər daxil olmayan vektor təsvirlər kompüterdə nisbətən 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
346 
çox da böyük olmayan yaddaş sahəsi tutur. Belə ki, min primitivdən ibarət olan 
vektor təsvir bir neçə yüz Kbayt-dan çox olmayan yaddaş sahəsinə yerləşir. 
Analoji rastr təsvir üçün isə 10 dəfədən 1000 dəfəyə qədər çox yaddaş sahəsi 
tələb edilir.
Vektor obyektlər şərh vasitəsi ilə verilir. Odur ki, vektor obyekti dəyişdirmək 
üçün onun şərhini dəyişdirmək lazımdır. Məsələn, ellipsi böyütmək və ya kiçiltmək 
üçün onu məhdudlaşdıran düzbucaqlının yuxarı sol və aşağı sağ kuncünün 
koordinatlarının qiymətini dəyişdirmək kifayətdir. Koordinatlarınn qiyməti 
dəyişdiriləndən sonra qurulan (dəyişdirilən) obyekt üçün də maksimal mümkün 
sayda elementlərdən istifadə ediləcək. Beləliklə, vektor təsvirlər keyfiyyətinə xələl 
gəlmədən asan miqyaslaşdırıla bilir. 
Bir sıra hallarda rastr təsviri vektor təsvirə çevirmək mümkün olur. Bu proses 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin