İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə239/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   235   236   237   238   239   240   241   242   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 341 
 
FƏSİL XVII. KOMPÜTER QRAFİKASI 
İnformatikanın kompüterdən istifadə ilə təsvirlərin yaradılması və redaktə 
edilməsi üsulları ilə məşğul olan sahəsi kompüter qrafikası adlanır. 
Müxtəlif peşə sahibləri: 

Müxtəlif elm və tətbiq sahələri ilə məşğul olan tədqiqatçılar; 

Rəssamlar; 

Konstruktorlar; 

Kompüter dizaynı ilə məşğul olan mütəxəssislər; 

Dizaynerlər;

Reklam məhsulları hazırlayanlar; 

Veb–səhifələrin hazırlanması ilə məşğul olanlar; 

Multimedia təqdimatı hazırlayan müəlliflər; 

Səhiyyə işçiləri; 

Parça və geyim modelyerləri; 

Fotoqraflar; 

Tele-video montajla məşğul olan mütəxəssislər və digərləri öz işlərini 
sahmana salmaq üçün kompüter qrafikasından istifadə edirlər. 
Adətən kompüterin ekranında təsvirlər qrafika proqramlarının köməyi ilə 
yaradılır. Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fraktal 
grafika, üçölçülü obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən 
proqramlar, avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir. 
Avtomatlaşdırılmış sistemlər çox maraqlidır, lakin nəzərə almaq lazımdır ki, 
onlardan peşəkar istifadə yaxşı hazırlıq tələb edir. Məsələn, avtomatlaşdırılmış 
layihələndirmə sistemi olan AutoCAD proqramından peşəkar memarlar binaların 
layihələndirilməsi və şəhərlərin planlaşdırılması üçün istifadə edirlər. 
Kompüter qrafikasının əsas məqsədi təsvirlərin yaradılması və saxlanması 
prinsipləri barədə ətraflı məlumat verməklə yanaşı daha populyar qrafik 
redaktorların əsas imkanlarını araşdırmaqdan ibarətdir. 
Kompüter qrafikasının təyinatı kompüterin yaddaşında təsvirlərin 
kodlaşdırılması, yaradılması, redaktə edilməsi və saxlanması üsullarını hərtərəfli 
öyrətməkdən ibarətdir. 
Kompüter qrafikasında əldə edilən biliklər fizika, kimya, biologiya, eləcə də 
digər elm sahələrinə aid olan elmi və tətbigi tədqiqatların nəticələrini 
vizuallaşdırmağa imkan verir. Yaradılan təsvirlər natiqlərin nitq materiallarında, 
məqalələrdə, multimedia təqdimatlarında istifadə edilməklə yanaşı Veb–
səhifələrində də yerləşdirilə bilər (və ya mətbəə sistemi sənədlərinə daxil edilə 
bilər). 
Adətən qrafik redaktorlar fərqli imkanlara malik olur. Lakin təsvirlərin 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin