Con
fon-Neyman hesablama maşını
, hesablama maşınının klassik
arxitekturasını isə
Con
fon-Neyman arxitekturası
adlandırırlar.
Neyman hesablama maşınının yaddaşı hər biri 40 bit tutuma malik 4096
yuvadan ibarət idi. Bir yuvaya tam ədədin 40-bitlik kodu yerləşirdi. Maşının
əməliyyat kodu 8 bit, operandlar isə 12 bit yer tuturdular.
Con fon-Neyman prinsipinə əsaslanaraq ilk fəaliyyət göstərən hesablama
maşını 1949-cu ildə İngiltərədə Alan Tyurinqin iştirakı ilə M.Uilks tərəfindən
İ N F O R M A T İ K A
____________________________________________________________
86
hazırlanır. Hesablama maşınına EDSAC (Electronic Delay Storage Automatic
Calculator – Gözləmə xətli yaddaşa malik avtomatik hesablama maşını) adı verilir.
Hesablama maşınında ikilik say sistemindən istifadə olunurdu. Proqram operativ
yaddaşda saxlanılırdı. Əmrlər sistemi isə bir ünvanlı idi. Maşının takt tezliyi 0,5
Mhers, taktın uzunluğu isə 2 mikrosaniyəyə bərabər idi. Bir əmrin yerinə
yetirilməsi üçün 5 000 takt tələb edilirdi, yəni 100 riyazi əməliyyatı yerinə
yetirmək üçün bir saniyə kifayat edirdi.
Neyman arxitekturasına əsaslanan kompüter iki hissədən: mərkəzi və
periferiya (xarici) qurğusundan ibarətdir. Mərkəzi hissə hesab-məntiq
qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan
(DYQ) ibarətdir. Müasir kompüterlərdə HMQ və İQ prosessor adlanan bir qurğuda
birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə-
xaricetmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. Əski nəsil kompüterlərdə (I
və II nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə
əlaqələndirilirdi. Bu isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin
tələblərinə uyğun quraşdırmağa imkan vermirdi. Müasir kompüterlərdə mərkəzi
hissə ilə periferiya hissəsi sistem interfeysi adlanan aparat-proqram vasitəsilə
əlaqələndirilir. Bu isə periferiya qurğularının sayını və tərkibini dəyişdirməyə
imkan verir. Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu aşağıdakı şəkildə
göstərilən kimidir.
Hesablama maşınının ümumiləşdirilmiş sxemi
Prosessor kompüterin əsas qurğusu olub, daxili yaddaş qurğusunda
saxlanan proqramla hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompüterin
ümumi işini idarə edir. Kompüterin işləmə sürəti əsasən prosessorun işləmə sürəti
ilə təyin edilir.
Daxili (və ya əsas) yaddaş prosessorla bilavasitə əlaqədə olub, icra olunan
proqramların və təhlil olunan verilənlərin saxlanması üçündür. Daxili yaddaşın
işləmə (yaddaşa müraciət) sürəti yüksək, tutumu isə nisbətən kiçik olur. Daxili
|