İ N F O R M A T İ K A ____________________________________________________________
96
Mikro Elektron Hesablama Maşını
Fərdi EHM-lər hesablama texnikası sahəsində mütəxəssis olmayan fərdi
şəxslərin müxtəlif tip məsələləri həll etməsi üçün nəzərdə tutulmuş və fərdi
istifadəçi üçün istifadəyə yararlı olan hesablama texnikasıdır. Müxtəlif peşəkar
fəaliyyətin (məsələn, mühəndis, inzibati, istehsal, ədəbiyyat, maliyyə və s.)
həyata keçirilməsi üçün fərdi elektron hesablama maşınlarından istifadə etmək
çox əlverişlidir. Fərdi kompüterlərdən istifadə etməklə müxtəlif peşə sahibləri
üçün (məsələn, dizaynerlər, konstruktorlar, texnoloqlar, menecerlər və s.)
avtomatlaşdırılmış işçi yerləri hazırlamaq mümkündür.
Portativ kompüterlər (Notebook – yazı kitabçası) yaddaşının tutumu
baxımından fərdi kompüterlərdən azacıq kiçik olsalar da nəql (daşınmaq) üçün
çox əlverişlidir. Notebook kiçik çemodan (keys) formasında hazırlanır və kitab
kimi açılıb-bağlana bilir. Notebook-un korpusunda maye kristaldan istifadə
etməklə hazırlanmış monitor və sistem bloku yerləşir. Adətən notebook-un
daxilində istifadəçinin işlərini həyata keçirmək üçün lazım olan minimum qurğular
quraşdırılır. Qurğuların əksəriyyəti (məsələn, sərt disk, modem, disk sürücüsü)
ancaq zərurilik yarandıqda qoşulur (onların qoşuıması üçün notebook-un yan
tərəflərində xüsusi istifadəyə yararlı yuvalar mövcuddur).
Elektron sekreterlər məhdud əhatə dairəsinə malik olan məsələlərin həll
edilməsində istifadə olunan intellektual elektron yazı kitabçasıdır. Bu məsələlərə
xüsusi qələmdən istifadə etməklə ekranda (monitorda) mətnin yığılmasını, çoxda
mürəkkəb olmayan cədvəllərin hazırlanmasını, elektron məktubların (poçtun)
göndərilməsini aid etmək olar. Elektron sekreterlərin bəzi modelləri miniatür
klaviatura və rəngli displey ilə təmin edilir.