İ N F O R M A T İ K A ____________________________________________________________
92
Həm verilən, həm də proqram ünvanlaşdırılmış yaddaşda saxlanır.
Kompüter əmr deşifratorunun köməyi ilə proqram mətnini veriləndən ayırir. Maşın
əmrlərinin bitkin çoxluğu maşın dilini yaradır. Maşın əmrinin icrası 3 addımdan
ibarətdir:
əmrin seçilməsi;
icrası;
növbəti əmrin ünvanının hesablanması.
Bunun üçün prosessorda 2 registr –
ünvan və
əmr registri vardır. Ünvan
registri əmr baytının nömrəsini, əmr registri isə əmrin məzmununu təyin edir.
ELEKTRON HESABLAMA MAŞINLARININ TƏSNİFATI Elektron hesablama maşınlarının imkanlarını araşdırmaq üçün onları
müəyyən əlamətlərinə görə qruplara ayırırlar. Hesablama maşınlarının təsnifatı
onların məhsuldarlığı və qabarit ölçüləri ilə sıx bağlıdır. Elektron hesablama
maşınları aşağıdakı kimi təsnif edilir:
yüksək məhsuldarlığa malik EHM-lər və sistemlər (super EHM-lər);
böyük EHM-lər (ümumi təyinatlı universal EHM-lər);
kiçik və ya mini-EHM-lər;
mikroEHM-lər.
Super elektron hesablama maşınları hesablama maşınlarının yarandığı
dövr ərzində ən güclü hesablama sistemləri sayılır. İndiki zamanda onlara ABŞ-da
istehsal edilən güclü hesablama maşınlarından sayılan “Gray” və “IBM SP2” aid
etmək olar. Məsələn, 16 prosessorlu “Gray-3” modeli yüksək sürətli hesablama
maşını sayılır və o, saniyədə 10 milyarddan çox əməliyyatı yerinə yetirir. Və
yaxud, CS-6400 modelində prosessorların sayı 64-ə çatdırılmışdır. Bu baxımdan
da onlarda saniyə ərzində milyardlarla əməliyyatı həyata keçirmək mümkündür.
2000-ci ildə dünyada ən güclü kompüter ASCI White kompüteri sayılırdı.
Kompüterdə IBM şirkəti tərəfindən istehsal olunan yüksək parametrli 8 192 ədəd
prosessordan istifadə edilmişdi. SuperEHM xüsusi temperatur rejimində işləyirdi
(temperatur rejimini əldə etmək üçün maye azotdan istifadə edilirdi). Belə
kompüterlərin məhsuldarlığını digər kompüterlərin məhsuldarlığı ilə müqayisə
etmək qeyri-mümkündür.
Böyük EHM-lər (ümumi təyinatlı universal Elektron Hesablama Maşınları)
tarixi baxımdan ilk yaradılan hesablama maşınları sayılır. Onların element bazası
adi elektron lampasından müasir yüksək sürətli inteqrasiyaya malik elmentlərə
kimi inkişaf etmişdir. Böyük EHM-lərin əsas təyinatı mürəkkəb elmi-texniki
hesablamaların yerinə yetirilməsi, riyazi modelləşməyə aid məsələlərin həll
edilməsi, iri həcmli idarəetmə sistemlərinin avtomatlaşdırılmasında yararlı olan
mərkəzi hesablama maşını kimi istifadə edilməsi və s. hesab olunur. Belə
hesablama maşınlarına nümunə son zamanlara kimi ABŞ-da istehsal olunan, 370
ailəsinə məxsus olan IBM firmasının istehsal etdiyi maşınları, həmçinin keçmiş