İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə76/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   72   73   74   75   76   77   78   79   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 91 
Takt tezliyi anlayışı
. İstənilən verilənlər üzərində müxtəlif əməliyyatların 
yerinə yetirilməsində kompüterin bir neçə qurğusu iştirak edir. Yerinə yetirilən 
əməliyyatlar arasında müəyyən uyğunluq olmalı, qurğular isə bir-biri ilə sinxron 
işləməlidirlər. Belə uyğunluğu və sinxronluğu kompüterin daxilində yerləşən 
xüsusi qurğu – impuls taktları generatoru həyata keçirir. İmpuls taktları 
generatoru bərabər zaman ərzində sinxronlaşdırıcı impuls siqnaları hasil edir. 
Sinxron impulslar kompüterin daxilindəki qurğuların vasitəsi ilə yerinə yetirilən 
əməliyyatları koordinasiya edir. Hasil edilən impulsların uzunluğunun da eyni 
olması (yüksək dərəcədə dəqiqliklə) vacib şərtlərdən biridir. 
Sinxronlaşdırıcı impulsun başlanğıcı ilə növbəti impulsun başlanğıcı 
arasındakı zaman müddəti 
takt
adlanır (şəkilə nəzər sal). 
Prosessor tərəfindən yerinə yetirilən istənilən əməliyyat taktın müəyyən 
hissəsində baş verir. Bunun ardınca fasilə gəlir ki, bu zamanda heç bir əməliyyat 
həyata keçmir. Fasilənin olması prosessor üçün prinsipial faktordur. Bu faktor 
fiziki qanunlara söykənir və prosessorun işini idarə edir. Prosessorun proqrama 
uyğun olaraq yerinə yetirdiyi əməliyyatlar ardıcıllığı takt daxilində, takt 
sərhədlərinə uyğun olaraq t
0
, t
1
, t
2
... zaman momentlərində ani olaraq həyata 
keçir. Taktın sərhədləri sayılan sinxroimpulslar sıfırdan fərqli uzunluğa malik 
olduqları üçün t
0
, t
1
, t
2
... zaman momentləri takt impulslarının başlanğıcı sayılır. 
İmpuls generatorunun vahid zaman müddətində hasil etdiyi taktların tezliyi 
hesablama texnikasında 
takt tezliyi
adlanır və vacib texniki xarakteristikalardan 
biri hesab edilir. 
Takt tezliyi verilənlərin emal olunma sürətini müəyyən edən əsas 
faktorlardan biridir. İlk istehsal olunan kompüterlər 5-10 Mhers tezlikdə 
işləyirdilər. İndiki zamanda fərdi kompüterlərdə istifadə olunan prosessorlar 100 
MHers-lərdən 3-4 Hhers takt tezliyində verilənləri emal edirlər. Yaxın gələcəkdə 
bu kəmiyyətin 10 Hhersə çatdırılacağı gözlənilir. Nəzəri hesablanmışdır ki, 
kəmiyyətin qiyməti 30-40 Hhersdən artıq ola bilməz.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin