İ N F O R M A T İ K A ____________________________________________________________
90
əvəz olunması zamanı yerinə yetirilən əməliyyat eynidir - yeganədir). Bir
simvolun ləğv edilərək digəri ilə əvəz olunma prosesində əsas məsələ əlifbada
olan iki simvolu düzgün müqayisə etməkdir, yəni dəyişdiriləcək simvolların
uyğun gəlib gəlmədiyini müəyyənləşdirməkdir.
Beləliklə, kompüter mətn verilənləri üzərində yerinə yetirilən əməliyyatı, yəni
mətndə iki simvolun kodunu müqayisə etməklə yanaşı onların birinin digəri ilə
əvəz edilməsini “bacarmalıdır”.
Bunlarla yanaşı fərdi kompüterdə məntiqi verilənlərdən də istifadə edilir.
Məntiqi verilən 2 qiymət (“0” və “1”) alır. “0”-yalan, “1”- gerçək. Məntiqi verilən
kompüterin yaddaşında 1 bit yer tutur. Şəkil və səs kimi mürəkkəb obyektlər də
2-lik rəqəmlərə çevrilib yaddaşda saxlanılır.
PROQRAMIN KOMPÜTERDƏ İCRASI PROSESİ Kompüterdə verilənlərin saxlanması və emalı ayrı-ayrı qurğularda icra edilir.
İnformasiya kompüterin yaddaş qurğusunda saxlanır, mərkəzi prosessorda emal
edilir. Kompüterin işi yaddaşındakı informasiyadan asılıdır. Kompüterin yaddaşı 3
bölmədən ibarətdir:
ünvanlaşdirilan yaddaş;
prosessor registrləri;
kompüter portları tərəfindən istifadə edilən giriş-çıxış yuvaları.
Kompüter portları informasiya ötürülməsi qaydasına görə,
ardıcıl və
paralel olur. Modem ardıcıl porta, printer paralel porta qoşulur. Ünvanlaşdirilan
yaddaş məntiqi cəhətdən ardıcıl yuvalardan ibarətdir. Hər yuva özündə 1 bayt
informasiya saxlayır. Operativ yaddaşdakı baytlar nömrələnmiş olur. Baytın
nömrəsi onun ünvanıdır.
Mərkəzi prosessor kompüterin əsas qurğusudur. Mərkəzi prosessor bütün
hesablamaları icra etməklə yanaşı kompüterin bütün hissələrinin işini də idarə
edir. Prosessorun daxilindəki registrlər kompüter yaddaşının ən cəld hissələridir.
Çoxsaylı registrlər müxtəlif funksiyaları icra edir.
Kompüterin işi elementar əməliyyatlar ardıcıllığından ibarətdir. Hər bir
elementar əməliyyat müəyyən maşın əmrinin nəticəsidir. Maşın əmrlərinin
bütövlükdə bir neçə yüz variantı vardır. Hər maşın əmrinin icrası üçün
prosessorun konstruksiyasında ayrıca elektron mikrosxem nəzərdə tutulmuşdur.
Maşın əmrləri əməl tipləri üzrə təsnifləşdirilir. Əməl tipləri üzrə icra edilən maşın
əmrləri aşağıdakılardır:
informasiya blokunu operativ yaddaşdan prosessor registrinə keçırır;
informasiya blokunu prosessor registrindən operativ yaddaşa keçırır;
informasiya blokunu portdan alıb prosessor registrinə ötürür və s.
Prosessor əməllərin bir çoxunu paralel icra edir. Bunun üçün impuls taktları
generatorundan istifadə edilir.