İ N F O R M A T İ K A ____________________________________________________________ 87
yaddaş da öz növbəsində iki hissədən ibarət olur: əməli yaddaş (ƏY) və daimi
yaddaş (DY). Əməli yaddaş daxili yaddaş qurğusunun əsasını təşkil edir,
informasiyanın qəbul edilməsi, saxlanması və ötürülməsi üçün istifadə olunur. O,
enerjidən asılı olur, yəni kompüter şəbəkədən ayrıldıqda oradakı informasiya itir.
Tutumu əməli yaddaşa nisbətən xeyli az olan daimi yaddaş informasiyanın
saxlanması və ötürülməsi üçün istifadə olunur.
Kompüterin periferiya hissəsinə daxil olan xarici yaddaş qurğusu (XYQ) böyük həcmə malik olan informasiyanı saxlamaq üçün istifadə olunur. Xarici
yaddaşla informasiya mübadiləsi (informasiyanın yazılması və oxunması) əməli
yaddaş vasitəsilə aparılır. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda
(maqnit diskində, optik diskdə) qurulur.
Daxiletmə-xaricetmə qurğuları informasiyanın kompüterə daxil və xaric
edilməsi, həmçinin istifadəçi ilə kompüter arasında ünsiyyətin təmini üçün istifadə
olunur. Müasir kompüterlərdə bu qurğulara klaviatura, maus, printer, manitor,
qrafçəkən qurğu, plotter, skaner və s. aiddir.
İdarə pultu hesablama prosesinin gedişi zamanı proqramçı və ya operator
tərəfindən sistem əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilir.
Sistem interfeysi kompüterin qurğularının qarşılıqlı əlaqəsini və onlar
arasında informasiya mübadiləsini təmin edir. Orta, böyük və super
kompüterlərdə sistem interfeysi özünün daxiletmə-xaricetmə prosessorlarına
malik olan mürəkkəb qurğulardan ibarət olur.
İxtiyari informasiya kompüterdə ikilik rəqəm formasında təsvir edilir. Emal
prosesinin subyekti (proqramlar) və obyekti (ilk verilənlər və nəticələr) operativ
yaddaşda saxlanır. Alqoritm ardıcıl maşın əmrləri şəklində tərtib edilmiş proqram
formasında olur. Kompüter proqramda nəzərdə tutulmuş əmrlər ardıcıllığını icra
edir.
1981-ci ildə IBM firması ölçücə əvvəlki kompüterlərdən hiss olunacaq
dərəcədə fərqlənən fərdi kompüterlərin istehsalına başlayır. Şəkildə firmanın
istehsalı olan müxtəlif texniki xarakteristikalara malik olan fərdi kompüterlər
göstərilmişdir.
IBM PC kompüterləri ( 1981-ci il)