İ N F O R M A T İ K A ____________________________________________________________ 97
İxtisaslaşdırılmış fərdi kompüterlər elmi, texniki və iqtisadi məsələlərin
həlli üçün nəzərdə tutulur. Bu sinfə aid fərdi kompüterlər ümumi bazarın əsas
hissəsini təşkil edir. Bu tip fərdi kompüterlər digərlərinə nisbətən daha böyük
hesablama imkanlarına, yaddaşa malik olub, digər kompüterlər və ölçü cihazları
ilə əlaqələrin yaradılmasını təmin edəcək qurğularla təchiz olunurlar.
İxtisaslaşdırılmış fərdi kompüterlərin əsasında ixtisasçiların avtomatlaşdırılmış iş
yerləri (AİY) yaradılır. Belə avtomatlaşdırılmış iş yerləri mühəndisin, həkimin,
idarə işçisinin və s. iş fəaliyyətində ona yaxından kömək edir. İxtisaslaşdırılmış
fərdi kompüterlər təkcə hesablama xarakterli məsələləri deyil, informasiyanın
təhlili ilə bağlı məsələlərin həllində və ixtisasçıya məsləhət vermə kimi funksiyaları
da yerinə yetirə bilirlər. Bu məqsədlə son illərdə avtomatlaşdırılmış informasiya
sistemləri və onların daha inkişaf etmiş forması olan ekspert sistemlərindən geniş
istifadə olunur.
Məişətdə istifadə olunan fərdi kompüterləri əsasən ev şəraitində
istifadə etmək nəzərdə tutulur. Onların əsas vəzifəsi sadə hesablamaların
aparılması, qeyd dəftərçəsi funksiyasının yerinə yetirilməsi, şəxsi kartotekanın
təşkili, müxtəlif fənnlərin öyrənilməsi üçün köməkçi, telefon kanalları vasitəsilə
ictimai informasiya fondlarına müraciət və s. işlərin həyata keçirilməsidir. Bu tip
kompüterlər əyləncə vasitəsi kimi müxtəlif oyunların təşkilatçısı kimi də geniş
istifadə olunur.
Fərdi kompüterlərin bəzi növləri
tədris prosesində istifadə üçün nəzərdə
tutulur. Onlar əsasən hesablama texnikası və proqramlaşdırma üzrə tədris sinfi
kompleksi kimi istehsal olunur. Bu komplekslər lokal hesablama şəbəkəsı kimi
qurulur. Burada müəllim tələbələr üçün ayrıca fərdi kompüter rolunu yerinə
yetirir. Müəllimin kompüteri ilə tələbələrin kompüterləri arasında qarşılıqlı
informasiya mübadiləsi tədris prosesinin səmərəli təşkilinə imkan verir.
Mikroprosessorların və mikro-kompüterlərin inkişafında nailiyyətlər
istifadəçilərə fərdi xidmət üçün və kompüter texnikası sahəsində mütəxəssis
olmayan istifadəçilərin müxtəlif məsələlərin həllinə yönəldilmiş