İ N F O R M A T İ K A
____________________________________________________________
98
Beləliklə, istifadə olunan hər bir fərdi kompüter özünəməxsus
xarakteristikaya malik olur.
FƏRDİ KOMPÜTERLƏRİN TƏSNİFATI
VƏ İNKİŞAF YOLU
Elm və texnikanın müxtəlif sahələrində istifadə
edilən fərdi kompüterlərin
əsas xüsusiyyətləri aşağıdakılardır:
əmrlər sistemi;
yaddaşın tutumu;
işləmə sürəti;
satış qiyməti.
Əmrlər sistemi fərdi kompüterlərdə həyata keçirilə bilən elementar əmrlərin
siyahısıdır. Bu siyahıya əsasən toplama, çıxma, vurma və bölmə əmrləri daxildir.
Yaddaşın tutumu fərdi kompüterin yaddaşında
yerləşdəriləcək maksimum
informasiyanın miqdarıdır.
İşləmə sürəti fərdi kompüterin daxilində yerləşən mikroprosessorun bir
saniyə ərzində yerinə yetirdiyi əməliyyatların sayıdır.
Fərdi kompüterin satış qiyməti isə söylənilənlər nəzərə alınmaqla
digər
amillərdən də çox asılıdır.
Ümumiyyətlə, fərdi kompüterləri (və ya elektron hesablama maşınlarını)
müxtəlif şəkildə təsnifləndirirlər. Bunlardan ən çox istifadə olunanları hesablama
maşınlarının fəaliyyət (əməliyyat) prinsipinə və təyinatına görə, həmçinin
ölçülərinə və funksional imkanlarına görə təsnifləndirilməsidir.
Fəaliyyət (əməliyyat) prinsiplərinə görə hesablama maşınlarının
təsnifləndirilməsi aşağıdakı kimidir:
analoq hesablama maşınları;
rəqəm hesablama maşınları;
hibrit hesablama maşınları.
Analoq hesablama maşınları maşına kəsilməz
şəkildə təqdim olunan
informasiyanı təhlil etmək üçün istifadə edilir.
Rəqəm hesablama maşınlarına informasiya diskret şəkildə daxil olur. Belə
maşınların işləmə sürətlərinin az olmasına baxmayaraq,
onlar iş prosesində
yüksək dəqiqlik nümayış etdirirlər. Rəqəm hesablama maşınları bir saniyə ərzində
bir neçə milyonlarla informasiyanı təhlil edirlər.
Hibrit hesablama maşınları əvvəlkilərdən fərqli olaraq həm kəsilməz, həm də
diskret formada daxil olan informasiyanı təhlil edirlər. Bu tip maşınlardan
ixtisaslaşdırılmış sahələrdə istifadə etmək əlverişlidir.
Hesablama maşınlarını təyinatına görə aşağıdakı kimi təsnifləndirirlər:
ümumi təyinatlı (universal) hesablama maşınları;
problemyönlü hesablama maşınları;