İ N F O R M A T İ K A
____________________________________________________________
106
faydalandı və bunlara nail oldu:
komplektləşdirici hissələrin sayının çoxalması kompüterin qiymətinin aşağı
düşməsinə səbəb oldu;
kompüterin imkanları genişləndi və onların müasirləşdirilməsi istehsalçılar
tərəfindən həyata keçirilə bildi;
kompüterlərin keyfiyyətli hazırlanması və açıq arxitekturaya malik olması
nəticəsində istifadəçi çoxlu sayda istehsal
olunan kompüterlərdən özünə
məxsus olanını seçmək imkanını əldə etdi.
İlk zamanlar IBM firmasının açıq arxitektura əsasında işləməsi firma üçün
çox əlverişli idi, çünki köhnə kompüterlər üçün hazırlanmış bütün proqramlar və
qurğular istehsal olunan təzə kompüterlərdə heç bir dəyişikliyə məruz qalmadan
istifadə edilirdi. Bu, firma üçün yüksək ticarət nailiyyəti idi. Firma 1983-cü ildə
sərt disk (vinçester) ilə işləyən IBM PC XT kompüterlərinin istehsalına başlayır.
1985-ci ildə isə IBM PC XT-dən üç-dörd dəfə sürətlə işləyən, Intel 80286
mikroprosessoru bazasına əsaslanan IBM PC AT tipli yeni kompüterlərin istehsalı
firma tərəfindən həyata keçirilir. Bu ərəfədə
digər firmalar da IBM PC
kompüterinin hissələri əsasında onunla uzlaşan kompüterlərin istehsalına
başlayırlar. Firmanın öz işlərini bu şəkildə qurması nəticəsində istehsal olunan
kompüterlərin qiymətləri ucuzlaşır, alıcıların sayı isə həddindən çox artır.
IBM PC kompüterləri üçün həlledici an 1986-cı ildə baş verir. IBM firması ilə
razılığa gəlmədən iki firma (Compag və ALR) yeni, daha sürətli 32-mərtəbəli Intel
80386 prosessoru üzərində qurulmuş kompüter istehsalına başlayır. Bu andan
etibarən IBM firması kompüter bazarlarında liderliyi əldən verir.
1989-cu ildə Intel 80486 mikroprosessoru yaradıldı.
Mikroprosessor böyük
hesablama gücünə və genişləndirilmiş əmrlər yığımına, həmçinin onunla bir lövhə
üzərində yerləşən sürüşən nöqtəli əmrləri yerinə yetirən riyazi soprosessora da
malik idi. 486 mikroprosessorunun istehsalına kimi riyazi soprosessor ayrıca
mikrosxem halında buraxılırdı. 80486 mikroprosessorunun göstərilən texnologiya
əsasında hazırlanması onun üzərində qurulan, qrafik
rejimdə işləyən interfeysi
olan fərdi kompüterlərin geniş yayılmasına səbəb oldu. Belə kompüterlərdə
Windows 3.0, sonralar isə 3.1 və 3.11 versiyaları geniş istifadə olundu.
Qeyd etmək lazımdır ki, Windows-un 3-cü versiyasında istifadə olunan,
mausun köməyi ilə idarə olunan, qrafik rejimdə işləyən interfeys hələ 1984-cü ildə
Macintosh firması tərəfindən buraxılmışdı.
1989-cu ildə gözlənilməz hadisə baş verir. 80486 mikroprosessorunun
istehsalından sonra onun sxemində ciddi səhvlərin buraxıldığı aşkarlanır.
Bu dövrdə prosessor istehsalı ilə məşğul olan Intel firması,
həmçinin MS
DOS əməliyyat sistemi və MS Windows əməliyyat sistemi (sonralar Windows 95
əməliyyat sistemi) istehsal edən Microsoft firması qabaqcıllığı əldə edir. Həmin
dövrdə IBM PС kompüteri ilə 100% uzlaşan, MS Windows mühitində işləyən Intel
firmasının 80486 mikroprosessoru üzərində qurulmuş kompüter işıq üzü görür.
1993-cü ildə Intel firması özünün Pentium mikroprosessorunun istehsalına
başlayır. Mikroprosessorun 486-ya nəzərən məhsuldarlığı yüksək idi. 1995-ci ildə