İ N F O R M A T İ K A ____________________________________________________________ 105
kompüterlərində istifadə edilməsi isə operativ yaddaşın 16 Mbayta bərabər
olmasına gətirib çıxarmışdır (IBM PC AT fərdi kompüterinin orta məhsuldarlığı 3-4
milyon əməliyyat/saniyədir).
Qeyd etmək lazımdır ki, IBM PC AT modeli öz imkanlarına görə 16-mərtəbəli
mikroprosessorla buraxılan digər modelləri hiss ediləcək dərəcədə arxada qoyur.
Odur ki, tam qətiyyətlə demək olar ki, 80-ci illərdə IBM firması fərdi
kompüterlərin buraxılışı sahəsində digər firmalar arasında lider rolunu oynayır,
firmanın istehsalı olan IBM PC AT kompüteri isə digər firmalar üçün standart
model kimi götürülə bilər.
Beləliklə, 16-mərtəbəli mikroprosessorun üstün cəhətlərinə görə onu ayrıca
sinif kimi fərqləndirib, müstəqil nəslə aid etmək olar. Çünki bu tip
mikroprosessorlar peşəkar fərdi kompüterlər əsrinin təməlini qoyublar.
IBM firmasının hazırladığı fərdi kompüterlərin inkişaf etməsinə təkan verən
amillərdən biri onların açıq arxitekturaya əsaslanaraq istehsal olunmalarıdır. Əgər
IBM PC markalı kompüterlər də o dövrdə istifadə edilən kompüterlər kimi istehsal
olunsaydı, sözsüz ki, iki-üç il ərzində mənəvi cəhətdən qocalar və tamam
unudulardı. Diqqətəlayiq haldır ki, IBM PC kompüterlərində istifadə edilən ayrı-
ayrı hissələrin təkmilləşdirilməsi imkanının olması və köhnə hissələrin yeni
qurğularla əvəz olunması kompüterlərin geniş yayılmasına səbəb oldu. Firma
kompüterləri hazırlayarkən onlarda istənilən hissənin və ya qurğunun başqası ilə
əvəz olunma imkanının təmin olunmasına var qüvvəsi ilə çalışırdı. Kompüterdə
istifadə edilən istənilən hissə və ya qurğunun hazırlanma texnologiyası firma
tərəfindən gizli saxlanılmır, texnologiyanın bütün sənədləri istənilən şəxsə və ya
firmaya təqdim edilirdi. IBM firmasının işini belə formada təşkil etməsi kompüter
texnikasında