FƏRDİ KOMPÜTER NƏDİR?
Fərdi kompüterlərin yaranma tarixi 1974-75-ci illər hesab olunur. 1974-cü
ildə iki amerikalı entuziast Stefan Qari Voznyak və Stivan Cobs fərdi kompüter
yaratmış və onu “APPLE” adlandırmışlar.
Bir ildən sonra isə hazır lövhə və hissələrin toplantısı şəkilində ABŞ-da (bu
kompüterlər I nəsil kompüterləri sayılır) “ALTAIR-8800” adı altında fərdi kompüter
satışa buraxılır (indi belə kompüterlər istehsal olunmur). Maraqlıdır ki, o dövr
üçün aparıcı firmalar olan MITS, IMSAI, PTC və başqaları (bu firmalar fərdi
kompüter istehsalında pioner rolunu oynamışlar) texnikanın tərəqqisi və firmalar
arasındakı rəqabət nəticəsində ya aparıcı qüvvəsini indiki zamanda itirmiş, ya da
tamamilə sıradan çıxmışlar.
QEYD
: “Əgər ürəyincə olan işlə məşğul olsan, para özü-özünə axıb
gələcək”
.
Stefan Qari Voznyak və Stivan Jobs
İlk istehsal olunan kompüterlər qiymətdə ucuz olmasına baxmayaraq çox da
etibarlı qurğular ilə təchiz olunmurdu. Onlar əsasən müəyyən peşə sahibləri üçün
nəzərdə tutulur və heç bir proqram təminatına malik deyildilər. Lakin müxtəlif
sahələrdə insanın əmək fəaliyyətinin artması, istifadə etdiyi məlumatların sayının
gündən-günə sürətlə çoxalması, işlədiyi sahələrdə daxil olan informasiyanın
avtomatik təhlilinə təlabatın artması və s. problemlərin həlli fərdi kompüterlərin
müxtəlif sahələrə tətbiq edilməsinə və onların kütləvi istehsalına gətirib çıxardı.
İ N F O R M A T İ K A
____________________________________________________________
102
Stefan Qari Voznyak və Stivan Cobs
“Apple” fərdi kompüterlərinin ilkin variantları
İ N F O R M A T İ K A
____________________________________________________________ 103
“Apple I” fərdi kompüteri
Texniki ədəbiyyatlarda fərdi kompüterləri də elektron hesablama maşınları
kimi nəsillərə bölürlər. Bu nəsillər haqqında aşağıda məlumat verilir.
Birinci nəsil
kompüterlərin element bazasının elektron lampası olmasına
baxmayaraq onların əməli (operativ) yaddaşının maksimal tutumu 104 yuva,
maksimal işləmə sürəti isə 104 əməliyyat/saniyə idi. Kompüter üçün proqram
maşın dilində tərtib edilirdi. İstifadəçi hesablama maşını ilə əlaqəni perfokart
vasitəsilə həyata keçiridi.
İkinci nəsil
fərdi kompüterlər hazır sistem şəklində keçən əsrin 70-ci
illərinin axırlarında istehsal olunmuşdur. Belə fərdi kompüterlər əvvəlkilərə
nəzərən azacıq da olsa etibarlı olmaları ilə yanaşı (sadə də olsa) proqram
təminatına da malik idilər. Bu nəsil kompüterlərin element bazasını tranzistorlar
təşkil edirdi. Onlarda istifadə edilən yaddaş qurğuları isə ferrit nüvələrdə yığılırdı.
Belə kompüterlərin operativ yaddaşının maksimal tutumu 105 yuva, maksimal
işləmə sürəti isə 106 əməliyyat/saniyəyə bərabər idi.
QEYD
: 1960-cı illərin əvvəllərində R.Noys kiçik lövhə üzərində yerləşmiş
tranzistorların və onların əlaqə xətlərinin birləşməsini əldə edir. Elektron sxemi
inteqral sxem və ya çip adlandırmaq qəbul edilir.
Keçən əsrin 80-ci illərinin əvvəllərində fərdi kompüterlərin üçüncü nəsli
yaranır.
Üçüncü nəsil
fərdi kompüterlərin texniki xarakteristikalarının
təkmilləşdirilməsi onların işgüzar aləmdə geniş istifadə olunmasına səbəb olur.
|