İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə91/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   87   88   89   90   91   92   93   94   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 109 
IBM PC FƏRDİ KOMPÜTERİN ARXİTEKTURASI 
 
IBM PC, həmçinin digər fərdi kompüterlərin aparat quruluşunun əsası Con 
fon Neymanın prinsipinə əsaslanır. Prinsipə əsasən fərdi kompüterlərin riyazi-
məntiqi qurğudan (RMQ), idarəetmə qurğusundan və ona daxil olan mərkəzi 
prosessordan, yaddaş və giriş-çıxı qurğularından ibarət olmasını öncədən bilirik. 
Kompüterin əsas lövhəsi ana kart və ya sistem lövhəsi adlanır. Lövhədə 
hesablama əməliyyatını yerinə yetirən, müxtəlif texniki elementlərdən ibarət olan 
bloklar, xarici qurğularla (kontrollerlər və ya adapterlər) idarə olunan elektron 
sxemlər, həmçinin müxtəlif yuvalar (slotlar) yerləşir. 
IBM PC fərdi komüterlərinin arxitekturasının əsasını kompüterin digər 
komponentləri və prossessor arasında şin əlaqə prinsipi təşkil edir. İstifadə edilən 
şinlərin növlərinin müasirləşdirilərək dəyişdirilməsinə baxmayaraq kompüterin 
daxilində qoşulma prinsipi bu günə kimi dəyişməz qalmışdır. 
Kompüterin quruluşu aşağıdakı şəkildə verilmişdir. 
Fərdi kompüterin blok-sxemi 
Mərkəzi prosessor (CPU) kompüter sisteminin nüvəsini təşkil edir. Digər 
komponentlər ilə əlaqə birbaşa prosessorun xarici şinləri vasitəsilə yerinə yetirilir. 
Prosessorun daxilində riyazi-məntiqi qurğu, idarəetmə qurğusu və yaddaş reqistri 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
110 
arasında əlaqə yaradan şinlər yerləşir. Prosessorun xarici şinləri idarəetmə 
əmrlərindən, verilənlərin və bu verilənlərin haradan götürülərək hara ötürülməsini 
müəyyən edən ünvanlardan ibarətdir. Bu baxımdan da ümumi şini verilənlər 
şininə, ünvan şininə və idarəetmə (əmrlər) şininə ayırırlar. Hər bir xətt bir bit 
verilən, ünvan və ya idarəetmə əmri ötürə bilər. Şində olan xətlərin sayı şinin 
mərtəbəliyi adlanır. Parametr kompüterin ümumi məhsuldarlığından asılı olmaqla 
yanaşı xətdən eyni zamanda ötürülən maksimal bitlərin sayını da müəyyən edir. 
Beləliklə, şinlərin mərtəbəliliyi artdıqca, ötürülən informasiyanın miqdarı da 
çoxalır və bunun da nəticəsində kompüterin məhsuldarlığı artır.
Kompüterin məhsuldarlığına təsir edən ikinci parametr xətdən ötürülən 
informasiyanın sürətidir və bu parametr xəttin takt tezliyi ilə müəyyən olunur. 
Xəttin takt tezliyi kompüterin əsas xarakteristikası hesab olunsada, kompüterin 
məhsuldarlığını təmamilə müəyyən etmir. Kompüterin ümumi məhsuldarlığını 
müəyyən edəcək əsas parametr mərkəzi prosessorun mərtəbəliliyi və takt 
tezliyidir, çünki kompüterdə bütün parametrləri prosessor təhlil edir. Takt tezliyi 
əməliyyatların yerinə yetirilmə tezliyini, mərtəbəlik isə bir əməliyyat zamanı təhlil 
olunan verilənlərin sayını müəyyən edir. Fərdi kompüter işləyən zaman verilənlər 
əməli yaddaşda saxlansalarda, əsas məsələ onların əməli (operativ) yaddaşa 
yazılması və oxunmasıdır. Parametr yaddaşa müraciət vaxtını müəyyənləşdirir. 
Əgər iş prosesi zamanı mərkəzi prosessor (CPU) verilənləri və proqramları xarici 
yaddaş qurğularından və yığıcılarından götürmək istəyirsə, bu zaman kompüterin 
ümumi cəldliyinə (tezliyinə) kompüterin ümumi tezliyi ilə yanaşı kompüter 
qurğuları tərəfindən həyata keçirilən verilənlərin dəyişmə sürəti də təsir 
göstərəcəkdir. Kompüterin məhsuldarlığına videokontroller və videokart da böyük 
təsir göstərir. Bu baxımdan müasir kompüter oyunlarında kompüterə böyük 
həcmdə daxil olan informasiyanı təhlil etmək üçün video gücləndiriciyə malik 
sürətlə işləyən videokartdan və akseleratordan istifadə edilir. Fərdi kompüterlərin 
lazımı səviyyədə işləməsinə təsir edən qurğulardan biri də BIOS (giriş-çıxış baza 
sistemi) qurğusu və kompüterin elementləri arasında əlaqələri müəyyənləşdirən 
sistem proqramları toplumudur. BIOS daimi yaddaşın mikrosxeminə yazılır və 
orada saxlanılır. Müasir kompüterlərdə bu məqsəd üçün flash texnologiyası 
əsasında qurulmuş mikrosxemlərdən istifadə edilir. Bu tip mikrosxemlər 
istifadəçiyə dəfələrlə təkrarlanan proqramları mikrosxemə yazmağa imkan verir. 
Kompüterin daxilində yerləşən digər mikrosxem (mikrosxem digərlərindən 
az enerji tələb etməsi ilə fərqlənir) kompüter texnikasında çip adlanır və CMOS 
texnologiya ilə hazırlanır. Çip kompüterin konfiqurasiyasını və real vaxtı müəyyən 
etmək üçün istifadə olunan saatı göstərmək üçün istifadə edilir. Kompüter 
şəbəkədən ayrıldıqda belə CMOS öz işini davam etdirmək üçün ana lövhədən 
(kartdan) qidalanmasını davam etdirir.
Beləliklə, kompüterin texniki bazasının günü-gündən sürətlə inkişaf etməsi 
nəticəsində kompüterin element bazası müasirləşir, ana kart (lövhə) üzərində 
daha çox sayda texniki elementlərin yerləşdirilməsi imkanı artır. Bununda 
nəticəsində inteqrasiya olunan ana kart üzərində video və audi kartların, şəbəkə 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin