İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə99/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   95   96   97   98   99   100   101   102   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

kompüterin arxitekturası
adlandırırlar. 
Hal-hazırda IBM PC ilə uzlaşan noutbukları dünyanın müxtəlif aparıcı 
firmaları istehsal edir. Onlar bir-birindən əsasən dizaynlarına görə çox fərqlənirlər. 
Belə noutbuklar funksional təyinatına görə müxtəlif olan blok şəkilində toplanmış 
çoxlu sayda komponentlərdən (təşkiledicilərdən) ibarət mürəkkəb sistemdən 
ibarətdir. Belə mürəkkəb sistemin əsas vəzifəsi noutbuka daxil olan 
informasiyanın işlənməsi – verilənlərin axtarılması, çeşidlənməsi və redaktə 
edilməsi, hesablamaların həyata keçirilməsi, hazırlanmış materialların çap 
olunması, lazım gəldikdə istənilən informasiyanın kanal vasitəsi ilə ötürülməsi və 
sairədir. 
Aşağıdakı şəkildə hesablama bloku və ekrandan ibarət olan noutbuk 
göstərilmişdir. Noutbuk aşağıdakı hissələrdən ibarətdir: 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 119 

hesablama bloku ana lövhə və ya sistem bloku adlanan platadan, 
verilənlərin və əmrlərin kompüterə daxil edilməsinə imkan verən 
klaviaturadan, sensor paneldən (taçpaddan – ingiliscə touchpad) və ya 
trekboldan (ingiliscə trackball) ibarətdir. Hesablama bloku qrafik interfeysə 
malik sistemi idarə edir; 

ekran hesablama blokunun daxildəki verilənlərin təhlil olunma prosesini 
əyani surətdə əks etdirir. 
Noutbuk 
HESABLAMA BLOKU 
 
Hesablama blokunda hesablama əməliyyatlarını yerinə yetirən mərkəzi 
prosessor (ingilis abbreviaturası ilə CPU) yerləşir. Mərkəzi prosessor informasiya 
axınının əlaqələndirilməsini (koordinasiyasını) və kompüterin idarə edilməsini 
həyata keçirir. İdarə olunma xüsusi hazırlanmış təlimat - əmrlər vasitəsi ilə yerinə 
yetirilir. Mərkəzi prosessor müəyyən olunmuş əmrlər sistemi ilə (kodlar ilə) işləyir. 
Əmrlər sisteminə müəyyən ardıcıllıqla yerinə yetirilən elementar əməliyyatlar 
daxildir. Belə ardıcıllıq hesablama texnikasında proqram adlanır. 
MİKROPROSESSOR 
Masaüstü kompüterlər üçün klassik mikroprosessor istehsalçısı Intel şirkəti 
sayılır. Şirkətin istehsalı olan Pentium 4, Pentium D, Atom, Core Duo, Core Quad, 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin