İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə102/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   98   99   100   101   102   103   104   105   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 125 
DAŞINABİLƏN YADDAŞLAR 
İndiki zamanda noutbuklarda və masaüstü kompüterlərdə geniş istifadə 
edilən və populyar sayılan Flash-Drive tipli informasiya daşıyıcılarıdır. Belə 
informasiya daşıyıcılarını məişətdə fləş adlandırırlar. Onlara Qiqabaytlarla (və 
daha çox) informasiya yazmaq mümkündür. Fləşlər etibarlı olmaqla yanaşı 
həddidən artıq sadədirlər. 
Fləşləri noutbuklara qoşmaq üçün USB yuvalarından istifadə edilir. Belə 
yuvalar adətən kompüterlərdə və noutbuklarda bir neçə ədəd olur.
Bəzən noutbuklarda Flash kartlardan da istifadə edirlər. Onlar müxtəlif 
tiplərdə düzəldilir və ən çox yayılmışları SD və MMC tipləridir. 
Daşina bilən yaddaş – Perfokart 
Daşina bilən yaddaş – Kompakt disk 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
126 
 
Daşina bilən yaddaş – Elastik disk 
Daşina bilən yaddaş – Flash disk 
Belə fləş kartlar adətən mobil telefonlarda, fotoaparatlarda və 
videokameralarda daha çox istifadə olunurlar. Əksər noutbuklar fləş kartlar ilə 
işləmək üçün xüsusi hazırlanmış yuvalarla təmin edilirlər. 
Fləşlərdən başqa informasiyanın uzunmüddətli saxlanmasıdan ötrü optik 
disklərdən də istifadə edilir. İnformasiyanı kompakt disklərdə (CD) də saxlamaq 
olar. Belə disklərin maksimal tutumu 700 Mbayta bərabərdir. 
Flash kartlar 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 127 
Bəzi hallarda informasiyanın saxlanılması üçün DVD-lərdən istifadə 
məsləhətdir. Onların tutumu 4,7 Qbayta bərabərdir. Nəzərə almaq lazımdır ki, CD 
və DVD ilə işləməkdən ötrü kompüterlər və noutbuklar xüsusi hazırlanmış uyğun 
qurğular ilə təmin edilməlidirlər. Hal-hazırda istehsal olunan bütün noutbuklar 
belə qurğular ilə təmin olunurlar.
Nəzərə almaq lazımdır ki, DVD-ötürücüləri kompakt-disklər ilə işləmək üçün 
də istifadəni dəstəkləyirlər. 
Disk sürücüləri ancaq kompakt-diskləri (CD-ROM) və ya DVD (DVD-ROM) 
oxuya bilir. Onlar bununla yanaşı CD-RW və ya DVD-RW disklərinə informasiya 
yazma prosesini də həyata keçirirlər (informasiya yazan disk sürücüləri qiymətcə 
daha bahadırlar). Belə disk sürücüləri baha qiymətə satılsalar da, onların köməyi 
ilə başqa disklərə musiqiləri, filmləri, məlumatlar olan fayllari və s. yenidən 
yazmaq imkanı vardır. Bu baxımdan da istifadəçi noutbuk alan zaman bu 
məsələyə nəzər yetirməlidir. 
Kompakt-disklər və DVD-lər üçün disk sürücüləri 
Optik disklər onlara bir dəfə informasiya yazılması üçün nəzərdə 
tutulmuşdur (onları adətən qəlib (bolvanka) də adlandırırlar). Bəzi hallarda isə 
belə disklərdən hazırlanma texnologiyasını nəzərə almaqla informasiyanın 
dəfələrlə yazılması üçün istifadə edirlər (birdəfələik infoirmasiya yazıla bilən 
diskləri CD-R, dəfələrlə informasiya yazıla bilən diskləri isə CD-RW kimi 
nişanlayırlar). 
Bəzən belə disklərin nişanlanmasında “+” və “-“ işarələrindən istifadə edilir 
(məsələn, DVD+R və ya DVD-RW, və yaxud DVD-RW). İstifadə olunan “+” və “-“ 
işarələri həmin disklərin müxtəlif formatlara malik olmasıni ifadə edir. Nəzərə 
almaq lazımdır ki, indiki zamanda əksər aparıcı şirkətlər tərəfindən hazırlanan disk 
sürücüləri hər iki formatla lazımı səviyyədə işləyə bilir.
İstifadəçi disk sürücüsünə diski taxmaqdan ötrü öncə noutbukun yan 
tərəfində olan xüsusi düyməni sıxmalı və sonra diski disk sürücüsünün üzərinə 
taxmalıdır (qoymalıdır). Noutbukun yan tərəfindəki düymə sıxılan zaman 
noutbukdan xaricə tabaq (лоток) çıxır və istifadəçi diski, onun üz tərəfində olan 
reklam xarakterli şəkilli üzü yuxarı formada disk sürücüsünə taxmalıdır. Sonrakı 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin