İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə97/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   93   94   95   96   97   98   99   100   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
116 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 117 
 
F Ə S İ L V. MÜASİR NOUTBUKLARIN APARAT VƏ 
PROQRAM HİSSƏSİ 
 
NOUTBUK İLƏ FƏRDİ KOMPÜTERİN FƏRQİ 
Kompüter dedikdə riyazi və məntiqi əməliyyatları yerinə yetirən elektron 
hesablama maşını nəzərdə tutulur. Keçən əsrin ortalarında keçmiş sovetlər 
məkanında belə əməliyyatları yerinə yetirən hesablama maşınları Elektron Rəqəm 
Hesablama Maşınları (ERHM) adlanırdı. İndiki dövrdə isə hər yerdə hesablama ilə 
məşğul olan bütün hesablama maşınlarını “kompüter” adlandırırlar. Kompüter 
sözü bizə ingilis dilindən gəlmədir və mənaca “hesablayıcı” anlamını verir.
Hal-hazırda müxtəlif firmalar tərəfindən istifadə üçün bir neçə variantda 
mobil kompüterlər (noutbukları) istehsal olunur ki, onları da üç əsas 
parametrlərinə görə təsnif edirlər: ölçülərinə və çəkilərinə görə, funksional 
imkanlarına və qiymətlərinə görə, onlarda istifadə edilən platformaya görə. 
Parametrlərə nəzər saldıqda, mobil kompüterlərin hələlik vahid təsnifatının 
olmadığı görünür. 
Göstərilən parametrlər barədə aşağıda qısa məlumat verilir. 
Noutbukun əsas parametrlərindən biri onun ölçüsü və çəkisidir. Bu 
göstəriciyə görə mobil kompüterləri aşağıdakı qruplara bölürlər: 

cibdə gəzdirilə bilən fərdi kompüterlər (CFK); 

ultrakompakt kompüterlər (subnoutbuklar);

ortaformatlı noutbuklar (bəzən onlara “maili”, bəzən də “Laptop” deyirlər); 

masaüstü kompüterləri əvəz edə biləcək fərdi kompüterlər (DTR). 
Xüsusi qrup kimi əksər hallarda planşet tipli kompüterlərdən də (Tablet PC) 
istifadə edilir. Belə kompüterlər sensor ekran ilə təmin olunurlar. Ölçülərinə və 
çəkilərinə görə onlar “nazik” noutbuklarla eyni səviyyədə tutulurlar. 
Noutbuk istehsalçıları mobil kompüterləri onların imkanlarına və 
qiymətlərinə görə də təsnif edirlər. Təsnifat aşağıdakı kimi aparılır: 

çəkisinə görə modellər; 

biznes xarakterli noutbuklar; 

ultraportativ noutbuklar; 

yüksək məhsuldarlığa malik noutbuklar. 
Qeyd etmək lazımdır ki, noutbukların bu şəkildə bölünməsi şərtidir. İstehsal 
olunan mobil kompüterin hansı xüsusiyyətə malik olduğu istehsalçı tərəfindən 
müəyyənləşdirilir. 
Mobil kompüterin (noutbukun) daxilində yerləşdirilən mərkəzi prosessor 
onun məhsuldarlığını müəyyənləşdirir. Noutbukun platformasi (prosessor, məntiqi 
sistem toplumu, qrafiki kontroller və displey) praktiki olaraq 90% onun 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin