İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə94/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   90   91   92   93   94   95   96   97   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 113 
Biostar və Asustek firma-istehsalçıları hazırlayır. Aparılmış tədqiqatlar göstərir ki, 
səkkizprosessorlu serverlər əsasında hazırlanmış Athlon prosessorlarının daxilində 
Poseidon Technology şirkəti tərəfindən hazırlanmış çipsetlərdən istifadə olunacaq. 
Bu prosessorun əksər parametrlərinin daha da yaxşılaşdırılmasına səbəb 
olacaqdır.
Son zamanlar AMD şirkəti üçün çox da əlverişli olmadı. Şirkət 
mikroprosessorda baş vermiş bəzi nöqsanlara görə satış bazarında 100 milyon 
dollara qədər ziyana düşdü. Ekspertlərin fikirincə buna əsas səbəb AMD ilə Intel 
arasında gedən rəqabətdir. Buna baxmayaraq AMD şirkəti istehsal gücünü 
artırmaqla istehsal etdiyi Athlon mikroprosessorların sayını il ərzində bir neçə 
milyona çatdırmışdır. 
Hal-hazırda dünya satiş bazarının 15-20%-nə AMD firması nəzarət edir. 
Son zamanlar fərdi kompüterlərdə onların texniki xarakteristikalarının daha 
da yaxşılaşdırılması üçün yeni nəsil (VIII nəsil nəzərdə tutulur) 
mikroprosessorlarından istifadə olunmağa başlanılmışdır. Bu baxımdan dünyanın 
aparıcı firmaları mikroprosessorların satış bazarına bir-birindən parametrlərinə 
görə müəyyən dərəcədə fərqlənən mikroprosessorlarla çıxırlar.
AMD firması 2013-cü ilin ikinci yarısında Heterogeneous System Architecture 
(HSA) arxitekturasına malik Kaveri mikroprosesorunu istehsal etmişdir. 
Prosessorda 4-ə qədər hesablayıcı nüvədən və ikinci səviyyəyə malik 4 Mbayt 
yaddaşdan da istifadə edilir. 
2014-cü ildə yeni nəslin nümayəndəsi olan ARM mikroprosessoru işıq üzü 
gördü. Mikroprosessor ARMv8 arxitekturasını dəstəkləyir, daxilində Cortex-A50 
nüvəsindən istifadə olunması isə onun daha da məhsuldar işləməsinə şərait 
yaradır.
Keçən ilin son rübündə Intel firması (2014-cü il nəzərdə tutulur) Penryn 
mikroprosessorunun istehsalına başladı. Firmanın verdiyi məlumata görə 
mikroprosessorun məhsuldarlığı 45% artmış, işləmə tezliyi 3,2 Qhersə çatdırılmış, 
iki və dörd nüvəli mikroprosessorlarda Keş-yaddaşın həcmi 6 və 8 Mbayta qədər 
artırılmışdır. Bununla yanaşı firma kiçik ölçüyə malik Quark mikroprosesorunun da 
istehsalına başlamışdır. Hər iki mikroprosessor texniki xarakteristikalarına görə 
əvvəlki sələflərindən hiss olunacaq dərəcədə fərqlənir. 
2015-ci ilin son aylarında Intel firması 14-nanometrlik IntelAtom 
mikroprosessorunun istehsalına başlamaq fikirindədir. Mikroprosessor effektiv 
işləməsinə görə əvvəl istehsal olunan mikroprosessorlardan tamamilə 
fərqlənəcək.
Bu ilin əvvəllərində İngiltərənin “ARMholding” şirkəti smartfonlarda istifadə 
olunacaq yeni nəsil (ola bilsin ki, IX nəsil mikroprosessorunu) mikroprosessorun 
təqdimatını keçirmək fikirindədir və s. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin