İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə70/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   66   67   68   69   70   71   72   73   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

kompüterin arxitekturası
 anlayışı 
yarandı. 
Kompüterin arxitekturası dedikdə aparat-proqram vasitələrinin ümumi 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 85 
prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını 
təyin edən xarakteristikaları başa düşülür. Kompüterin xarakteristikası aparat və 
proqram vasitələri kompleksinin qurulması ilə bağlı bir çox amilləri nəzərə alan 
məsələləri əhatə edir. Bu amillərdən əsasları kompüterin qiyməti, tətbiq sahəsi, 
funksional imkanları, istismarının asanlığı hesab olunur. Arxitekturanın əsas tərkib 
hissəsi isə aparat vasitələridir. 
Kompüterin 
arxitekturası 
və 
strukturu 
anlayışlarını 
bir-birindən 
fərqləndirmək lazımdır. Kompüterin strukturu müəyyən səviyyədə onun konkret 
tərkibini (qurğular, bloklar, qovşaqlar və s.) və onlar arasındakı əlaqələri təyin 
edir. Arxitektura isə kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı 
əlaqələndirilməsini təyin edir. Başqa sözlə, arxitektura kompüterin 
layihələndirilməsinin, qurulmasının və proqram təminatının ümumi problemlərini 
əks etdirir. 
Keçmişdə və indiki zamanda istehsal olunan kompüterlərin arxitekturasında 
məşhur amerika alimi Con fon Neymanın keçən əsrin 40-cı illərində təklif etdiyi 
prinsiplər əsas götürülür. Demək olar ki, indiki zamanda istehsal olunan 
kompüterlər hələ ki, Neyman arxitekturası ilə qurulur. Neyman arxitekturasının 
əsas prinsipləri aşağıdakılardır: 

kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi 
üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, 
digər tərəfdən isə qoyulmuş məsələni həll edir; 

kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş 
birölçülü və xəttidir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm 
proqram, həm də verilənlər saxlanılır; 

əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə 
verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər; 

verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində 
aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya 
simvollar sətri olmasını proqram müəyyənləşdirir. 
Kompüter texnikasının inkişaf mərhələlərində Con fon Neyman arxitekturası 
xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram 
vasitələrinə istiqamətləndirilmişdir. Kompüterin aparat vasitələri ilə proqram 
vasitələri arasında qarşılıqlı əlaqələrin yeni səviyyədə təşkili göstərilən 
arxitekturaya uyğundur. 
Con fon Neyman şəxsən hazırladığı hesablama maşınının layihəsini verir. 
İndiki zamanda bu layihə üzrə hazırlanmış hesablama maşınını informatika 
sahəsində 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin