İnformatika və onun əsas anlayışları


Məsələ 1. 2 Kb52b - 1100b + 192 bit ifadəsinin nəticəsi neçə Kilobaytdır?



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix17.07.2022
ölçüsü1,6 Mb.
#62800
1   2   3   4   5   6   7   8   9
İnformasiyanın kodlaşdırılması

Məsələ 12 Kb52b - 1100b + 192 bit ifadəsinin nəticəsi neçə Kilobaytdır? 
İzahı: Verilmiş yaddaş vahidləri üzərində əməliyyatlar apara bilmək üçün onları eyni bir 
vahidə gətirmək tələb olunur. Verilmiş ifadəyə əsasən bütün ifadələrin asanlıqla bayta keçirməyin 
mümkün olduğunu görürük: 


İnformatika və onun əsas anlayışları
 
10 
2 Kb52b = 2*1024b +52b = 2100b; 192 bit / 8 = 24b; 2100b-1100b+24b = 1024b 
Məsələnin şərtində Kilobayt tələb olunduğundan, 1024 bayt = 1 Kbayt 
§1.5. İnformasiyanın kodlaşdırılması. Simvolların kodlaşdırma standartları 
(ASCII və UNICODE)
 
Elə qədim zamanlardan informasiyanın bir yerdən digər yerə təhlükəsiz şəkildə daşınması 
üçün müxtəlif kodlaşdırma sistemlərindən istifadə olunmuşdur. Buna Sezar, Brayl, Morze və s. 
əlifbalarını misal göstərmək olar. 
Kompüterlərin meydana gəlməsindən sonra informasiyanın kompüter vasitəsilə emalı, 
ötürülməsi və s. kimi informasiya proseslərini həyata keçirmək üçün də müxtəlif kod 
sistemlərindən istifadə olunmuşdur. İnformasiyanın kodlaşdırılması zamanı ikilik simvollardan (0 
və 1) istifadə olunması daha əlverişlidir. Müasir kompüterlər təkcə simvollarla yox, digər tipli 
informasiya ilə də işlədiyindən onların da kodlaşdırılması zərurəti meydana çıxmışdır. Bunlara ayrı-
ayrılıqda aşağıda baxaq: 
Mətn (simvol) tipli informasiyanın kodlaşdırılması. 
Simvol tipli informasiyanın kodlaşdırılması üçün müxtəlif kod sistemləri yaradılmışdır: 
ASCII, UNICODE, КОИ-8, Windows-1251 və s. Lakin əsas standart kimi ABŞ-da Milli 
Standartlaşdırma İnstitutunda (ANSI) işlənilmiş ASCII (American Standard Code for Information 
Interchange) standartı olmuşdur. ASCII cədvəlində 256 simvolun kodu təsvir olunmuş və bu kodlar 
kompüterə tanıdılmışdır. Bu kod sistemində (əlifbada) yerləşən simvollar əsasən 3 yerə ayrılır: 
1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompüter, printer və 
başqa qurğuların istehsalçılarına verilmişdir, bu simvollar bəzən idarəedici simvollar (Non 
Printable) da adlanırlar. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər.
2. 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompüter sistemlərinin istifadə etdiyi 
simvolların kodlarını təşkil edir. Buraya durğu işarələri, ərəb rəqəmləri, latın əlifbasının böyük və 
kiçik hərfləri və s. daxildir. 
3. 128-dən 255-ə qədər olan kodlar isə milli əlifbalar üçün nəzərdə tutulmuşdur. Burada 
müxtəlif ölkələr öz simvollarını yerləşdirirlər (təbii ki, bütün milli əlifbaların simvollarını burada 
yerləşdirmək mümkün olmamışdır).
ASCII kodlaşdırma sisteminə əsasən maksimum 256 simvolu kodlaşdırmaq olar. 256=2
8
olduğundan burada hər bir simvol üçün kompüterin yaddaşında 8 bitlik yer ayrılır. Deməli bu kod 
sistemində yazılmış hər bir simvol kompüterin yaddaşında 8 bit=1 bayt yer tutur. 
Təəssüf ki, ASCII kod sistemi bəzi milli əlifbaların (Azərbaycan, Çin, Koreya və s.) tam 
şəkildə təsvirinə imkan vermədiyindən daha geniş kod sistemi – UNICODE kod sistemi 
yaradılmışdır. Bu kod sistemində isə maksimum 65536 simvol kodlaşdırıla bilər. 65536=2
16
olduğundan burada 1 simvol yaddaşda 16 bit=2 bayt yer tutar.
Yuxarıda şərh etdiyimiz simvolların kodlaşdırılması ilə bağlı bir neçə məsələyə baxaq: 
 


İnformatika və onun əsas anlayışları
 
19 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin