İnformatika və onun əsas anlayışları
9
§1.4. İnformasiya miqdarının ölçü vahidləri
Əşyanın ağırlığını, yolun uzunluğunu, havanın temperaturunu
ölçdüyümüz kimi
informasiyanın tutumunu da ölçmək olar. Bu zərurət əsasən informasiya proseslərinin
avtomatlaşdırılması zamanı meydana gəlmişdir. Kompüterdə emal olunan, saxlanılan informasiya 0
və 1 ikilik (binary) rəqəmlərinin köməyilə kodlaşdırılır. Bu rəqəmlərin seçilməsi heç də təsadüfi
deyildir. Kompüter bildiyimiz kimi elektrik cərəyanı ilə işləyən bir qurğudur. Elektrik siqnallarının
da iki vəziyyəti ola bilər: siqnal var – 1, siqnal yox – 0. Kompüterə daxil olunan,
orda saxlanan,
emal edilən, bir sözlə, kompüterdəki bütün informasiya bu iki rəqəm vasitəsilə təsvir olunmalıdır,
kompüter başqa simvolları “tanımır”. Məsələn, klaviaturadan daxil olunmuş hər hansı bir “A”
simvolunu kompüter “01000001” kimi “anlayır”. İnformasiyanın tutumunun ölçülməsi zamanı bu
ikilik rəqəmlər (Binary Digit) etalon kimi qəbul edilmiş və nəticədə informasiyanın ən kiçik ölçü
vahidi
Bit (Binary Digit) meydana gəlmişdir. Deməli, minimal ölçü vahidi olan “bit” dedikdə
kompüterin yaddaşında təsvir olunmuş hər hansı “0” və ya “1” nəzərdə tutulur.
Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunun oyuq (yuva) adlanan yaddaş
hissələrində saxlanır. Yaddaş oyuqlarının hamısının quruluşu eynidir və oyuqlar hər birində yalnız
bir dənə ikilik rəqəm 0 və ya 1 yerləşə bilən mərtəbələrdən ibarətdir. Bütün oyuqlardakı
mərtəbələrin sayı eynidir. Bu mərtəbələrə ikilik mərtəbələr də deyirlər. Oyuqdakı mərtəbələrin
sayına
maşın sözü və ya
oyuğun uzunluğu deyilir. Oyuğun ən yüksək mərtəbəsi işarə mərtəbəsi
olur və ədədin işarəsi mənfi olduqda həmin mərtəbəyə 1 (bir) və müsbət olduqda isə 0 (sıfır) yazılır.
Bir mərtəbədə yerləşə bilən informasiyanın miqdarına bit deyilir. Yaddaş qurğusunda yazıla
bilən
informasiyadakı bitlər sayına informasiyanın həcmi deyilir. Maşın sözünün uzunluğu EHM-in
konstruksiyasından asılıdır. Kompüterin mühüm komponenti olan prosessor da yaddaş qurğusu
kimi oyuqlardan ibarətdir. Ancaq bu oyuqlarda verilənlər saxlanılmır, emal olunur. Prosessorun
oyuqlarını
registrlər adlandırırlar. Registrlər müxtəlif mərtəbəli olurlar. Məsələn, 8
mərtəbəli
registrlərdə 8 bit yəni bir bayt informasiya, 16 mərtəbəli registrlərdə isə iki bayt həcmində
informasiya yerləşir. İki bayt birlikdə bir
maşın sözü adlanır. 32 mərtəbəli registrlərdə 4 bayt (iki
maşın sözü) yerləşir.
Bit çox kiçik, məntiqi cəhətdən bölünməz vahid olduğundan əsas ölçü vahidi kimi
baytdan
istifadə olunmuşdur İnformasiyanın həcmi artdıqca
bayt da kifayət etməmiş, daha böyük ölçü
vahidləri formalaşdırılmışdır. Bu ölçü vahidləri və onlar arasındakı əlaqələri aşağıdakı kimi təsvir
etmək olar:
Ebayt
Pbayt
Tbayt
Gbayt
Mbayt
Kbayt
bayt
bit
1 bayt
2
3
1 Kilobayt
2
10
2
13
1
Meqabayt
2
10
2
20
2
23
1 Gigabayt
2
10
2
20
2
30
2
33
1 Terabayt
2
10
2
20
2
30
2
40
2
43
1 Petabayt
2
10
2
20
2
30
2
40
2
50
2
53
1 Eksabayt
2
10
2
20
2
30
2
40
2
50
2
60
2
63
1
Zetabayt
2
10
2
20
2
30
2
40
2
50
2
60
2
70
2
73
Dostları ilə paylaş: