İnformatika və onun əsas anlayışları
5
FƏSİL 1. İnformatika və onun əsas anlayışları
§1.1. İnformatika fundamental elm kimi, onun predmeti və əsas tərkib hissələri
İnformatika – informasiya proseslərinin (informasiyanın toplanılması, saxlanılması,
ötürülməsi və emalı) avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası vasitələri və
metodlarından bəhs edən tətbiqi elm sahəsi kimi formalaşmışdır. Başqa sözlə,
informatika
informasiyanın yaradılması, saxlanılması, ötürülməsi, qəbulu və emalı üçün üsul və vasitələri
öyrənir.
“İnformasiya” və
“avtomatika” sözlərinin birləşməsindən yaranmış “İnformatika” termini
1960-cı ildə fransız mütəxəssisləri tərəfindən elmə daxil edilmişdir. İnformatika –
informasiya
proseslərinin avtomatlaşdırılmasını və onlardan istifadə texnikalarını, metodlarını öyrənən elm
sahəsi kimi geniş yayılmışdır.
Elmin predmeti dedikdə elmin öyrəndiyi sahə nəzərdə tutulur. İnformatika elminin predmeti
isə informasiyadır. İnformasiya latın mənşəli söz olub
(informatio) məlumat, xəbər, fakt sözləri ilə
eyniləşdirilir. Başqa sözlə,
informasiya dedikdə ətraf aləmdən aldığımız
biliklər, kitabdan,
qəzetdən aldığımız məlumatlar, televiziyadan, radiodan eşitdiyimiz xəbərlər və s. nəzərdə tutulur.
İnformasiya sözünü bəzən verilən, bilik kimi sözlərlə də eyniləşdirirlər. Onlar bir-birilə sıx bağlı
olsa da, aralarında cüzi fərqləri nəzərə almaq lazımdır.
Verilənlər (ing. “data”, lat. “datum” – fakt) – texniki vasitələrlə saxlanılması, emal
edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
İnformasiya – verilənlərin faydalı məzmunudur. Qavranılma şkalası ilə verilənlər və bilik
arasında aralıq
mövqe tutur
Bilik – dərkolunma vasitəsilə alınan informasiyadır. Bilik elə informasiyadır ki, onun
əsasında məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alına bilər. Yəni, biliklər bizə
yeni çıxarışlar etməyə, yeni təkliflər almağa imkan verir.
İnformasiya mübadiləsi siqnalların hesabına həyata keçirilir.
İnformasiya mübadiləsi zamanı əsas iştirakçı subyektlər informasiya mənbələri və
informasiya qəbulediciləri hesab olunurlar.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.
Verilən dedikdə
qeydə alınmış siqnallar nəzərdə tutulur. Verilənlər bəzən həqiqətdə mövcud
olmayan anlayışları da ifadə edə bilər. İnformasiya isə
qəbul edilmiş siqnallardır. Bir verilən o vaxt
informasiyaya çevrilə bilər ki, o hökmən hər hansı bir mənanı ifadə etməlidir.
Bilik isə
qərarqəbuletməyə imkan verən sistemləşdirilmiş informasiyadır.
Verilənlərin ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları vardır. Tipinə görə
verilənləri əsasən 4 qrupa ayırırlar:
hesabi (və ya rəqəm tipli)
mətn (və ya simvol tipli)
məntiqi
tipli
göstərici tipli
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., “kütləsi – 4 kq”).
Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., “rəng-qara”).
İnformatika və onun əsas anlayışları
6
Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., “18 ədədinin tək ədəd
olması doğru deyil”).
Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları
ilə işləmək üçün
istifadə olunur.
İnformatika elminin aşağıdakı tərkib hissələri mövcuddur: