İnformatika və onun əsas anlayışları
7
İnformasiya o vaxt
obyektiv hesab
edilir ki, o heç kəsin fikir və mühakiməsindən asılı
olmasın. Məsələn, “Kompüter ağırdır və ya yüngüldür” fikri hər hansı şəxsə aid olan subyektiv
fikirdir. Amma “Kompüterin kütləsi 2 kq-dır” dedikdə həmin obyekt haqqında daha obyektiv fikir
əldə etmiş oluruq. İnformasiyanın obyektivliyini ölçmək üçün çox hallarda ölçü cihazlarından
istifadə edilir.
İnformasiyanın tamlığı dedikdə, onun bizi maraqlandıran verilənləri özündə cəmləşdirməsi
və qərar qəbulu üçün kifayət qədər olması başa düşülür. Bu informasiyanın keyfiyyətini xarakterizə
edir və eyni zamanda onların əsasında yeni verilənlərin alınmasının kafiliyini təyin edir.
İnformasiyanın dəqiqliyi – lazımi siqnalın vaxtlı-vaxtında alınmasının kafiliyini təyin edir.
Adekvatlıq – informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması dərəcəsidir.
Etibarlı informasiya düzgün qərar qəbul etməyə imkan verir. Etibarlı olmayan informasiya
bu hallarda ola bilər:
qəsdən (gözlənilməz) təhrif halında;
səs-küyün təsiri nəticəsində;
real faktın qiymətinin kiçildilməsi və ya şişirdilməsi zamanı.
İnformasiyanın faydalılığı – onun hər hansı məsələnin həllində faydalı rolu ilə
qiymətləndirilir.
İnformasiyanın aydınlığı – onun elə şəkildə ifadəsidir ki, o informasiyanı
alan şəxs
tərəfindən başa düşülən olsun.
Qiymətlilik – alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində
lazım olması deməkdir.
Alınan informasiyanın cari vəziyyətə uyğun olması onun
aktuallığının göstəricisidir.
İnformasiya məlumatlar şəklində hər hansı informasiya mənbəyindən qəbulediciyə rabitə
kanalı vasitəsilə ötürülür.
Ötürücüdən qəbulediciyə verilərkən istifadə olunan məlumat daşıyıcısı
kanal adlanır.
Duyğu üzvlərimizə görə informasiyanın 5 növü mövcuddur:
Vizual – göz vasitəsilə qəbul edilir.
Dad – dil vasitəsilə qəbul edilir.
Qoxu – burun vasitəsilə qəbul edilir.
Audio (səs) – qulaq vasitəsilə qəbul edilir.
Taktil (hisssiyat) – dəri vasitəsilə qəbul edilir.
İnsan informasiyanın təqribən 90 %-ni göz vasitəsilə, 9%-ni qulaq vasitəsilə, 1%-ni isə digər
duyğu üzvləri vasitəsilə qəbul edir.