İnformatika və onun əsas anlayışları



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix17.07.2022
ölçüsü1,6 Mb.
#62800
1   2   3   4   5   6   7   8   9
İnformasiyanın kodlaşdırılması

Hardware (aparat təminatı) – Elektron hesablama maşınları (EHM) və onların quruluşu
tərkib hissələri, onlardan istifadə qaydalarını öyrənən bölmədir. 
Software (proqram təminatı) – EHM-lərdə istifadə olunan bütün proqramları, onların 
təsnifatını və istifadə qaydalarını öyrənən bir bölmədir.
Brainware – Məsələnin kompüterdə həlli üçün lazım olan alqoritmlərin qurulması, onlardan 
istifadə qaydalarını öyrənən bir bölmədir. 
§1.2. İnformasiya anlayışı və informasiyanın əsas xassələri. İnformasiyanın 
formaları və təqdimolunma üsulları. İnformasiyanın növləri 
 
İnformasiya anlayışı, müasir elmlərdə fundamental, informatikada isə baza terminlərindən 
biridir.
İnformasiya kodlaşdırma vasitəsilə bir formadan digər formaya keçirilə bilər. 
İnformasiya şifrələmənin köməyi ilə məxfiləşdirilə bilər. 
Məlumat və ya informasiyanın daşıyıcısı bir qayda olaraq, siqnal (lat. Signum – işarə
adlanır. Siqnal məlumatı ötürən və müəyyən istiqamətlərdə yaymağı əks etdirən fiziki prosesdir. 
Siqnalların işıq, səs, istilik, mexaniki, elektrik və s. kimi növləri vardır.
Məlumatı – informasiyanı ötürməyi təmin edən hər hansı fiziki kəmiyyətin zamana görə 
dəyişməsinə siqnal deyilir. 
İnformasiya parametrlərinin strukturundan asılı olaraq siqnallar diskret və kəsilməz formada 
ola bilərlər. Diskret formada ötürülən siqnallar rəqəmli (rəqəmsal), kəsilməz formada qəbul edilən 
siqnallar isə analoq növlü siqnallara aid edilirlər.
Bizi əhatə edən aləmdə gördüyümüz təsvirlər, obyektlər, müəyyən zaman ərzində 
eşitdiyimiz səslər analoq tipli informasiyaya aid edilir. 
Xüsusi kodlarla qurğulara verilən dəyişən siqnallar analoq, diskret olaraq dəyişən ədədi 
qiymətlər çoxluğundan ibarət informasiya isə rəqəmli (rəqəmsal) tipli informasiyaya aid edilir. 
Məsələn, kağız üzərində əks olunan mətn və ya şəkillər, mikrofondan daxil olunan siqnallar 
analoq tipli informasiyaya, kompüterlərdə əks olunan mətn və şəkillər, eşidilən səslər və ya 
müşahidə edilən hərəkətlər isə rəqəmsal tipli informasiyaya aidir. 
İnformasiyanın aşağıdakı bir neçə əsas xassəsini nəzərdən keçirək: 
obyektivlik 
tamlıq 
dəqiqlik 
adekvatlıq 
mövcudluq 
əlçatanlıq, əlyetərlik 
etibarlılıq
faydalılıq 
aydınlıq 
qiymətlilik
aktuallıq 


İnformatika və onun əsas anlayışları
 

İnformasiya o vaxt obyektiv hesab edilir ki, o heç kəsin fikir və mühakiməsindən asılı 
olmasın. Məsələn, “Kompüter ağırdır və ya yüngüldür” fikri hər hansı şəxsə aid olan subyektiv 
fikirdir. Amma “Kompüterin kütləsi 2 kq-dır” dedikdə həmin obyekt haqqında daha obyektiv fikir 
əldə etmiş oluruq. İnformasiyanın obyektivliyini ölçmək üçün çox hallarda ölçü cihazlarından 
istifadə edilir.
İnformasiyanın tamlığı dedikdə, onun bizi maraqlandıran verilənləri özündə cəmləşdirməsi 
və qərar qəbulu üçün kifayət qədər olması başa düşülür. Bu informasiyanın keyfiyyətini xarakterizə 
edir və eyni zamanda onların əsasında yeni verilənlərin alınmasının kafiliyini təyin edir. 
İnformasiyanın dəqiqliyi – lazımi siqnalın vaxtlı-vaxtında alınmasının kafiliyini təyin edir. 
Adekvatlıq – informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması dərəcəsidir.
Etibarlı informasiya düzgün qərar qəbul etməyə imkan verir. Etibarlı olmayan informasiya 
bu hallarda ola bilər: 
 qəsdən (gözlənilməz) təhrif halında; 
səs-küyün təsiri nəticəsində
 real faktın qiymətinin kiçildilməsi və ya şişirdilməsi zamanı. 
İnformasiyanın faydalılığı – onun hər hansı məsələnin həllində faydalı rolu ilə 
qiymətləndirilir.
İnformasiyanın aydınlığı – onun elə şəkildə ifadəsidir ki, o informasiyanı alan şəxs 
tərəfindən başa düşülən olsun. 
Qiymətlilik – alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində 
lazım olması deməkdir.
Alınan informasiyanın cari vəziyyətə uyğun olması onun aktuallığının göstəricisidir. 
İnformasiya məlumatlar şəklində hər hansı informasiya mənbəyindən qəbulediciyə rabitə 
kanalı vasitəsilə ötürülür. 
Ötürücüdən qəbulediciyə verilərkən istifadə olunan məlumat daşıyıcısı kanal adlanır. 
Duyğu üzvlərimizə görə informasiyanın 5 növü mövcuddur:

Vizual – göz vasitəsilə qəbul edilir. 

Dad – dil vasitəsilə qəbul edilir. 

Qoxu – burun vasitəsilə qəbul edilir. 

Audio (səs) – qulaq vasitəsilə qəbul edilir. 

Taktil (hisssiyat) – dəri vasitəsilə qəbul edilir. 
İnsan informasiyanın təqribən 90 %-ni göz vasitəsilə, 9%-ni qulaq vasitəsilə, 1%-ni isə digər 
duyğu üzvləri vasitəsilə qəbul edir.


İnformatika və onun əsas anlayışları
 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin