İnformatika və proqramlaşdırma”fənnindən Təqdimat “Proqramlaşdırma dillərinin təsnifatı” İxtisas



Yüklə 1,66 Mb.
səhifə2/6
tarix23.05.2023
ölçüsü1,66 Mb.
#120127
1   2   3   4   5   6
B.Günel-informatika təqdimat

Plan 1
Proqramlaşdırma nədir
Proqramlaşdırmanı yeni öyrənən hər kəs tez-gec belə bir sualın cavabını bilmək istəyir: ən yaxşı proqramlaşdırma dili hansıdır? Minlərlə proqramlaşdırma dilinin mövcud olmasına baxmayaraq bütün proqramçıların xoşuna gələn vahid dil yoxdur. Başqa sözlə, hər bir proqramlaşdırma dilinin öz tərəfdarları və əleyhdarları var.
Mühəndislərin, bankirlərin, hərbçilərin qarşısında müxtəlif məsələlər durur. Bu məsələlərin həlli üçün müxtəlif proqramlaşdırma dillərinə üstünlük verilir. FORTRAN dili riyazi məsələlərin həllində, COBOL (“kobol”) dili bank işlərində, PROLOG, yaxud LISP dili süni intellekt sahəsində daha geniş tətbiq olunub. İnternet üçün proqram yazan proqramçılar, adətən, JAVA dilinə üstünlük verirlər.
Bu sadaladığımız proqramlaşdırma dillərinin hamısı xüsusi dillәrdir. Bu dillərin hər birində elə deyimlər (operatorlar) var ki, onlar vasitəsilə xüsusi məsələləri daha asanlıqla həll etmək olur. Adətən, həmin dilləri iş yerində öyrənirlər, belə ki, onları “qabaqcadan” öyrənməyin mənası yoxdur.



Xüsusi proqramlaşdırma dillərindən savayı ümumi tәyinatlı dillәr də mövcuddur. Onların köməyilə, demək olar ki, istənilən məsələni həll etmək mümkündür


Belə dilləri “qabaqcadan” öyrənmək olar – onlar hər zaman gərək olacaq. Bunların içərisində Basic, Pascal, C++, Python kimi dillər daha çox populyardır.
Hazırda dünyada 4000-dən artıq müxtəlif proqramlaşdırma dili mövcuddur ki, onların da böyük əksəriyyətindən, demək olar ki, istifadə olunmur. Bundan başqa, hazırda proqramların çox əhəmiyyətli hissəsi ümumi təyinatlı proqramlaşdırma dillərində deyil, xüsusi proqramlaşdırma alətlərində (məsələn, Visual Basic), yaxud proqram təminatının xüsusi növündə (məsələn, Maple) yerinə yetirilir.
Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. Proqramçınınn başa düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompüterdə translyatorlar və kompilyatorlar olur.
Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan). Proqramlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan simvol işarəmələrinin köməyilə ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerin köməyilə çox səmərəli və kompakt proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların, kompüterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən yüksək səviyyəli peşəkar proqramçılar istifadə edir. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra olunurlar.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin