Şəkil 17. Yanvar ayına aid cəmin AutoSum (Автосумма-Avtomatik Cəmlə) düyməsini
ikiqat sıxmaqla hesablanması
Bundan öncə isə Create (Создать-Yarat) əmri ilə məlumatlar adlandırılmış, Yanvar, Fevral, Mart, Aprel, Bakı, Sumqayıt, Gəncə, Quba kimi hücrə adları təyin edilmişdir. Bu halda yuxarıdakı formulda C3:C6 yerinə Yanvar yazılması, yəni, formulun
=SUM(Yanvar) şəklində yazılması daha uyğundur.
AutoSum (Автосумма-Avtomatik Cəmlə) düyməsindən istifadə edərək cəmi hesablayacaqsınızsa, sahə hücrə adları nəzərə alınmayacaqdır. Bunun əvəzinə formulu özünüz =SUM(Yanvar) şəklində yazmalısınız.
Excel XP-də təyin olunmuş adların seçdiyiniz bir sahədəki bütün formullara tətbiq edilməsini təmin edə bilərsiniz. Hətta, tam işçi səhifəni seçib oradakı adların bütün formullara tətbiq edilməsini də təmin edə bilərsiniz.
Bunun üçün öncə işçi səhifəni tam olaraq seçin. Sonra Insert (Вставка-Daxil Et) menyüsünün Name (Имя-Ad) alt menyüsündən Apply (Применить-Tətbiq Et) əmrini seçin. Şəkildə göstərilmiş Apply Names (Применение имени-Adları Tətbiq Et) dialoq pəncərəsi açılacaqdır (şəkil 18.).
Bu dialoq pəncərəsində mövcud olan bütün adların siyahısını görəcəksiniz. Tətbiq edilməsini istədiyiniz adları seçdikdən sonra OK düyməsini sıxın.
Seçdiyiniz adların təmsil etdikləri hücrə və ya hücrə sahələrinin ünvanlarının olduğu formullarda o ünvanlar avtomatik olaraq adlara çevriləcəklər. Məsələn, Yanvar ayına aid cəmin hesablandığı formulu gözdən keçirdikdə artıq =SUM(Yanvar) olduğunu görəcəksiniz.
Bu cür də edə bilərsiniz: işinizi qurarkən başlanğıcda hücrə adlarından tamamilə asılı olmamasını düşünə bilərsiniz. Mouse-dan istifadə edərək formullarınızı rahatca yaradın, sonra adları təyin edin və işçi səhifəni tamamilə seçərək adların hamısını bütün formullara tətbiq edin.
Şəkil 18. Apply Names (Применение имени-Adları Tətbiq Et) dialoq pəncərəsi
Ancaq formullarda adlardan istifadə etməyin yolu yalnız bu deyildir. Formulu Function Wizard (Мастер функции-Funksiya Sehirbazı) vasitəsilə və ya əllə daxil edərkən, yəni, yazarkən hücrə adlarından istifadə edə bilərsiniz. Məsələn, ―=SUM(― yazdıqdan sonra formul çubuğunun solundakı ad düyməsini (və ya aşağı ox düyməsini) sıxaraq siyahıdan Yanvar adını seçə bilər və sonra ―)― yazıb girişi tamamlaya bilərsiniz.
Formullarda adlardan istifadə etməyin başqa bir yolu da, formulu yazarkən Insert (Вставка-Daxil Et) menyüsünün Name (Имя-Ad) alt menyüsündən Paste (Вставить- Yapışdır) əmrini seçməkdir. İstənilən vaxt bu əmri seçə bilər və açılacaq Paste Name (Вставка имени-Ad Yapışdır) dialoq pəncərəsindəki (şəkil 19.) siyahıdan, formulda istifadə edilən istədiyiniz adı seçə bilərsiniz.
Şəkil 19. Paste Name (Вставка имени-Ad Yapışdır) dialoq pəncərəsi
Bu dialoq pəncərəsindəki Paste List (Все имени-Siyahı Yapışdır) düyməsindən istifadə edərək, o anadək təyin etdiyiniz adların və təmsil etdikləri ünvanların siyahısını işçi səhifənin boş bir yerinə daxil edə bilərsiniz. Bunun üçün öncə adların yerləşdiriləcəyi ilk hücrəni seçin və sonra Paste Name (Вставка имени-Ad Yapışdır) dialoq pəncərəsini açıb Paste List (Все имени-Siyahı Yapışdır) düyməsini sıxın.
#NAME? nə deməkdir? - Əgər hər hansı bir formulda hücrə və ya hücrə qrupunun adından istifadə edirsinizsə və sonradan bu adı silərsinizsə, o formulun olduğu hücrədə bu səhv ifədəsini görəcəksiniz. Bu cür səhv ifadələrin yaranmasına səbəb olan formulları yenidən tərtib etməlisiniz.
Dostları ilə paylaş: |