1983-cü il. Apple Computer firması Apple Lisa adlı ―mış‖-la idarə edilən ilk fərdi kompüter qurdu. Həmin ildə çevik disklərin (disketlərin) kütləvi istifadə edilməsinə başlandı.
1985-ci il. Microsoft firması Windows 1.01 qrafik interfeysi əsasında fərdi kompüter üçün çoxməsələli əməliyyat mühiti yaratmağa ilk cəhd etdi.
1988-ci il. Apple firmasının banisi Stiv Cobs özünün Next Computer adlı yeni firmasında Next adlı kompüter və Next Step adlı əməliyyat sistemi yaradılmasına nail oldu. Philips firması CD-I (CD-Interactive) kompakt-disk üçün yazı standartı işləyib hazırladı.
1989-cu il. Tim Berners-Li56 ―bəşəri biliyin birləşdirilməsi‖ məqsədi ilə
―Ümumdünya hörümçək toru‖ (World Wide Web - WWW) adlandırdığı paylanmış informasiya sistemi konsepsiyasını təklif etdi. Bunun yaradılması üçün iki mövcud texnologiyanı – verilənlərin ötürülməsi üçün IP-protokollar texnologiyası ilə hiper-mətn texnologiyasını (Hypertext Technology) birləşdirdi.
1991-ci il.Hiper-mətnə baxış üçün əmr sətri rejimində işləyən ilk kompüter proqramı
– brauzer ((Browser) yaradıldı. Bunun tətbiqi 1992-ci ildə son yekunda bütün planeti əhatə edən ―tikişsiz informasiya mühiti‖ (Seamless Informational Area) yaradılmasına yönəldilmiş layihənin uğurla icrasına imkan verdi.
1993-cü il. Intel firması Pentium mikroprosessorunu təqdim etdi. Siemens firması özünün ―Synapse1‖ adlı neyrokompüterini təqdim etdi ki, bunun da gücü 8000 işçi stansiyanın gücünə ekvivalentdir. Bu kompüter süni neyronlar şəbəkəsindən aldığı informasiyanın paralel emalını həyata keçirir. Sözü gedən neyrokompüter şəklin və niqtin tanınması üzrə həll edilən məsələlər üçün ideal qurğudur.
56 Tim Berners-Lee, Conseil Europeen pour la Recherche Nucleaire - CERN, Женева
1995-ci il.Fərdi kmpüterlərin proqram təminatı sahəsində dünyəvi hadisə baş verdi: Windows-95 adlı çoxməsələli universal əməliyyat sistemi yaradıldı. 1995-ci ilin sentyabrında buraxılmış Windows-95 əməliyyat sistemi IBM PC kompüterləri üçün ilk qrafik interfeysli əməliyyat sistemi oldu. Sonra bu inkişaf etdirilərək Windows-98-ə, daha sonra isə növbəti versiyalara çevrildi. Aparat-proqram təminatı istehsalçıları qovşaq və qurğuları elə düzəldirlər ki, Windows əməliyyat sistemi ilə uyuşan olur. Yəni indiki kompüterlərə istənilən qurğunu qoşmaq heç bir problem yaratmır. Microsoft firması özüsazlanan qurğular üzrə yeni standart57 daxil etdi.