Mərkəzi prosessor. Bu, informasiyanı emal edən qurğudur. Operativ yaddaşa gətirilmiş maşın proqramı prosessorun başa düşəcəyi əmrlər ardıcıllığı olduğundan, prosessor həmin əmrləri növbə ilə yerinə yetirir. Əmrdə göstərilir ki, ilkin verilən haradan götürüləcək, üzərində hansı əməliyyat aparılacaq, nəticə haraya yerləşdirilə- cəkdir. Prosessor aşağıdakı funksiyaları icra edir:
əmri operativ yaddaşdan oxuyub deşifrasiya89 edir;
veriləni operativ yaddaşdan və giriş-çıxış portlarından oxuyur; veriləni operativ yaddaşa yazır və ya giriş-çıxış portlarına göndərir; xarici qurğu adapterlərindən müraciət və əmrləri qəbul edib işləyir; kompüterin bütün qurğularını idarə etmək üçün siqnallar hasil edir.
Prosessor 2 hissədən ibarətdir: əməliyyat hissəsi və interfeys hissəsi. Əməliyyat hissəsi idarə qurğusundan, hesab-məntiq qurğusundan və prosessor yaddaşından (ümumi təyinatlı registrlərdən) ibarətdir. İnterfeys hissəsi şin və portların idarə edilməsi mikro- sxemlərindən və ünvan və əmr registrlərindən təşkil edilir. İdarə qurğusu prosessorun ən mürəkkəb hissəsidir. İdarə qurğusu aşağıdakı funksiyaları icra edir:
operativ yaddaşdakı icrası tələb olunan növbəti əmrin ünvanını ünvan registrindən
seçir;
operativ yaddaşdan növbəti əmri seçir;
əməliyyat deşifratorunun köməyi ilə əmrin kodunu təhlil edib əmrdə nəzərdə
tutulan əməliyyatı və onun əlamətini identifikasiya90 edir;
seçılmiş əməli icra edən mikropoqramı prosessordan oxuyub lazımi idarəedici siqnallar hasil edir;
operativ yaddaşdakı əməl operandlarının91 ünvanlarını oxuyub ümumi təyinatlı
registrlərə yazır;
əməli icra edir;
nəticəni operativ yaddaşa yazır; növbəti əmrin ünvanını formalaşdırır.
89 əks tərcümə
90 adlandırma
91 parametrlərinin
45
Hesab-məntiq qurğusu hesab və məntiq əməllərinin icrası üçündür. Bu işin icrası üçün əməl operandları əvvəlcədən ümumi təyinatlı registrlərdə yerləşdirilir. Nəticələr də həmin registrlərə yazılır.
Şin və portların idarə edilməsi sxemi aşağıdakı funksiyaları icra edir: portun və onu idarə edən informasiyanın ünvanını formalaşdırır;
portdakı informasıyanı (və ya portun əmrə hazırlığı barədə məlumatı) qəbul edir; bütün qurğu və mikrosxemləri prosessorla giriş-çıxış portu arasında informasiya
mübadiləsi üçün hazırlayır.
Şini idarə edən sxem idarəedici şinə giriş və ya çıxış əməlinə hazırlaşmaq, ünvan şininə isə portun ünvanı barədə siqnal göndərir. Ünvan yerləşən qurğu hazır olmaq barədə cavab verdikdən sonra verilən şini üzrə verilənlərin daxil edilməsi və ya çıxarıl- ması həyata keçirilir.
Dostları ilə paylaş: |