İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə34/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   156
nformatikanin saslari

Sistem şinləri. Sistem şini dedikdə, bütün şinlərin məcmusu nəzərdə tutulur. Sistem şininin əsas funksiyası prosessorla digər elektron komponentlər arasında informasiya mübadiləsini həyata keçirməkdən ibarətdir. Müasir fərdi kompüterlərdə 64 mərtəbəli (xətli) şinlərdən istifadə edilir ki, bu da eyni zamanda 8 bayt verilən ötürə bilir. Buna 32 mərtəbəli ünvan şini uyğun gəlir.



    1. Periferiya qurğuları: təyinatı və xarakteristikası


      1. Giriş qurğuları. Kompüterə informasiya daxil edən qurğulara: klaviatura, mış, trekbol, coystik, skaner, dicitayzer, sözanlayan qurğu və s. aiddir.

Klaviatura hələ əsas giriş qurğusu olaraq qalır. Klaviatura düymələri nömrələn- mişdir. Hər nömrə ayrıca elektrik sxeminə uyğundur. Registr düymələri (Shift, Ctrl, Alt, Caps Lock Num Lock) klaviatura düymələrinin nömrələrini dəyişir. Klaviatura bütövlükdə 510-a qədər işarə daxil etməyə imkan verir.
Mış və trekbol koordinatlı daxiletmə qurğusudur. Yəni, bunları müstəvi üzərində hərəkət etdirdikdə displey ekranında üfqi və şaquli hərəkət edən kursor informasiyanın
daxil edilməsi və idarə edilməsi prosesini reallaşdırmağa imkan verir. Trekbol arxası üstə çevrilmiş mışdır. Trekbolun fırlanan kürəsini barmaqla fırlatmaqla kursoru lazımi yerə gətirmək mümkündür.
Coystik – üfqi və şaquli hərəkət edən iki şarnirli altlığa bərkidilmiş dəstəkdir. Bu da mış kimi işləyir.
Skaner şəkiloxuyan qurğudur. Skaner də kseroks kimi işləyir.
Dicitayzer (elektron planşet) koordinat dəyişdiricidir. Avtomatlaşdırılmış layihələş- dirmə sistemlərində istifadə edilir.
Sözanlayan qurğu sözü ikilik rəqəmə çevirib kompüterə ötürür.

      1. Xarici yaddaş qurğuları. Bunlar informasiyanı uzun müddət saxlamaq üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli disklər vardır. Diskə informasiya yazan və oxuyan qurğulara xarici yaddaş qurğuları deyilir. Çevik maqnit disk (disket) yığıcıları və lazer disk yığıcıları (CD-ROM) geniş tətbiq tapmışdır. Disklərdən paket yaradılır. Diskin səthi cığırlaşdırılır. Eyni radiuslu cığırlar paketdə silindr yaradır. İnformasiya cığırla radiusun kəsişməsinə yazılır. Cığırlar eyni tutumludur. Cığırlar sektorlara bölünür. Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur.

Vinçester də maqnit mahiyyətli disk paketidir. Lakin vinçester çevik yaddaş qurğusu hesab edilmir. Vinçester diski dəqiqədə 3600-7200 dövr sürəti ilə fırlanır.


      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin