İnformatikanin əsaslari


Aparat platformalarının növləri



Yüklə 1,28 Mb.
səhifə31/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   156
nformatikanin saslari

Aparat platformalarının növləri


Kompüterlər əsas etibarı ilə kəmiyyət xarakteristikaları84 ilə bir-birindən fərqlən- dirilir. Bu xarakteristikalar üzrə kompüterlər 4 sinfə bölünür: mikro kompüterlər, mini kompüterlər, iri kompüterlər (maynfreymlər) və super kompüterlər.
Müasir fərdi kompüterlər, noutbuklar, serverlər və işçı stansiyalar mini kompüter sayılır. Mini kompüterlərin bir qismi ixtisaslaşdırılmış kompüterlərdir. Məsələn, kassa aparatları, avtomobillərdəki kompüterlər, istehsalatda texnoloji xətləri idarə edən kompü- terlər ixtisaslaşdırılmış maşınlardır. Serverlər irihəcmli informasiya saxlayan və çoxsaylı istifadəçilərə xidmət göstərən mini kompüterlərdir. Yüksək məhsuldarlığa malik stolüstü kompüterlər işçi stansiya adlanır. Bunlar peşəkar istifadəçilər (proqramçılar) üçündür.
84 operativ və xarici yaddaşların həcmi, prosessorun sürəti
Fərdi kompüterlər həm peşəkar, həm də peşəkar olmayanlar üçün nəzərdə tutulmuş stolüstü mini kompüterdir.
İri kompüterlər (maynfreymlər) ümumi təyinatlı, çox güclü, çoxmaşınlı hesablayıcı sistemlərdir. Bunlar gecə-gündüz fasiləsiz iş rejimində işləyir.
Super kompüter əməliyyat sistemi (ƏS) üçün vahid bütöv maşın kimi təsəvvür olunan maşınlar şəbəkəsidir.


    1. Kompüterin təşkili və fəaliyyəti


Müasir fərdi kompüterlərin arxitekturası magistral-modul prinsipinə əsaslanır. Modul prinsipi kompüterin konfiqurasiyasını dəyişməyə imkan verir. Kompüterin modul təşkili isə magistral prinsipə, yəni qurğulararası informasiya mübadiləsinin şin vasitəsi ilə ötürülməsinə əsaslanır.
Arxitektura dedikdə, kompüteri təşkil edən qurğular, onların qarşılıqlı əlaqələri və bu əlaqələrin qurulması qaydaları çoxluğu nəzərdə tutulur. Başqa sözlə, arxitektura dedikdə, kompüterin quruluşu, ayrı-ayrı qurğularının xarakteristikaları, yaddaşa və xarici qurğulara müraciət üsulları, maşın əmrləri sistemi, əmrlərdə istifadə edilən verilən formatları və s. ön plana çəkilir.
Kompüterin əsas qurğuları prosessor və yaddasdır. Kompüterin hesablama imkanı məhz bu iki qurğunun qarşılıqlı fəaliyyəti ilə təyin olunur. Verilənləri prosessordan yaddaşa və əksinə ötürən rabitə xətlərinə şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan şini, idarə şini və qidalanma (cərəyan) şini. Kompüter qurğularını əlaqələndirən şin ümumi şin adlanır. Bundan əlavə, köməkçi şinlər də vardır ki, bunlara da lokal şinlər deyilir.
Kompüter bloklarını birləşdirən rabitə sistemi maşındaxili sistem interfeysi adlanır. Prosessor külli miqdarda elektron mikrosxemlərin mikroskopik həcmdə cəmləşdiril-
diyi bir qurğudur85. Dünyada prosessor qədər mürəkkəb qurğu yoxdur. Kompüter
sənayesinin tərəqqisi prosessorun təkmilləşdirilməsi86 ilə bağlıdır.
Prosessorun sürətini müəyyən edən ən mühüm xarakteristika takt tezliyidir ki, bu da 1 saniyədəki taktların sayını ifadə edir. Takt dedikdə, kompüter düyünlərinin işini sinxron-


85 Pentium 4-də 42 milyon funksional element var. Hər element 0,13 mikrondur. 1 mikron 1 metrin milyonda biridir.
86 icra edilən funksiyaların artırılması, həcmin kiçildilməsi, əməliyyat sürətinin artırılması, iş etibarlılı - ğının yüksəldilməsi
laşdıran takt tezliyi generatorunun hasil etdiyi iki ardıcıl impuls arasındakı zaman kəsiyi başa düşülür. Prosessorun icra etdiyi hər bir əməliyyata (məsələn, cəmləməyə) müəyyən sayda taktlar ayrılır. Takt tezliyi çox olan prosessor daha sürətli və məhsuldardır. Takt tezliyi meqahers (MHs) və qiqaherslə (QHs) ölçülür. 1 MHs 1 saniyədə 1 milyon takta bərabərdir. Son 20 ildə takt tezliyi 500 dəfə artırılaraq 5 MHs-dən87 2,4 QHs-ə88 çatdırılmışdır.
Prosessorun məhsuldarlığını ifadə edən digər xarakteristika onun mərtəbəliliyidir. Bu, prosessorun bir dəfəyə emal edib ötürdüyü 2-lik mərtəbələrin sayını ifadə edir. Prosessorun mərtəbəliliyi 64/36 şəklində yazılıbsa, bu, o deməkdir ki, prosessorun verilənlər şini 64 mərtəbəli, ünvan şini 36 mərtəbəlidir.
Prosessorun məhsuldarlığı inteqral xarakteristikadır. Çünki bu, tezlikdən, mərtə- bəlilikdən və arxitekturadan (keş-yaddaşın olub-olmamasından) asılı göstəricidir. Prosessorun məhsuldarlığı CD-ROM-dan yüklənən SiSoftware Sandra adlı testləşdirmə proqramının köməyi ilə təyin edilir.
Nisbətən daha cəld yaddaş növü olan prosessor registrləri prosessorun daxilində yerləşir.
Müasir kompüterlər açıq sistem ideologiyası ilə yaradılır. Yəni, kompüter qurğuları kifayət qədər sərbəst fəaliyyət göstərən müəyyən funksiyalar icraçılarıdır. Qurğuları bir- birinə qoşan hissə həmin qurğunun interfeysi adlanır. İnterfeysin reallaşdırdığı qayda protokol adlanır. Bəzən interfeys dedikdə, qoşqu ilə yanaşı, həm də protokol nəzərdə tutulur. Eyni qurğu üçün bir neçə protokol ola bilər. Kompüter daxilindəki rabitə kanallarında siqnallar yalnız rəqəm formasında, 1 və 0-ları kodlaşdıran impulslar şəklində ötürülür.
Müxtəlif cür periferiya qurğuları mövcuddur. Fərdi kompüterin periferiya avadanlığına: klaviatura, mış, skaner, manitor, printer, plotter (qrafquran), vinçester, diskovod, CD-ROM, səsucaldan, şəbəkə çıxışı aiddir. Kompüterin qurğuları şinə kontroller və ya adapter vasitəsilə qoşulur. Kontroller və adapterlərin öz prosessoru vardır. Yəni, bunlar faktiki ixtisaslaşdırılmış mikrokompüterlərdir.
Bütün iş operativ yaddaşda gedir. Odur ki, kompüter cərəyana qoşulan kimi bütün lazımi informasiyanın üzü vinçesterdən operativ yaddaşa köçürülür.


87 1978-ci ildə istehsal edilmiş 8086 prosessoru
88 2002-ci ildə istehsal edilmiş Pentium 4 prosessoru


      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin