İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə33/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   156
nformatikanin saslari

Operativ yaddaş. Operativ yaddaş modullardan təşkil edilmişdir. Yaddaş modulları dedikdə, üzərində yaddaş BİS-ləri92 quraşdırılmış lövhələr nəzərdə tutulur. Operativ yaddaşın əsas xarakteristikası yazıb-oxuma sürətidir. Müasir modulların sürəti 800 MHs-ə, həcmi 512 Mbayta çatır.

Operativ yaddaş, əslində, daxili ünvanlaşdırılmış yaddaşdır. Operativ yaddaş bəzən birbaşa müraciət yaddaşı (RAM-Random Access Memory) da adlanır. Kompüterlərin həm də sabit yaddaşı olur. Yalnız informasiya oxumaq üçün olduğundan, buna ROM (Read- Only Memory) deyilir.
Müasir fərdi kompüterlərdə ünvanlaşdırılmış yaddaşın həcmi ilə faktiki qurulmuş operativ yaddaşın həcmi praktiki olaraq həmişə fərqli olur. Belə ki, məsələn, ünvanlaş- dırılmış yaddaşın həcmi 64Qbayt olsa da, qurulmuş operativ yaddaşın həcmi 64Mbayt təşkil edir.
Aralıq nəticələr də operativ yaddaşda saxlanır. Kompüterin məhsuldarlığı həm də, operativ yaddaşın sürətindən asılıdır. Odur ki, kompüterin inkişafının əsas istiqamətlə- rindən biri də operativ yaddaşın işləmə sürətinin artırılmasından ibarətdir. Elektromaqnit mahiyyətli olduğundan, kompüter sönən kimi operativ yaddaşdakı informasiya pozulur. Buna görə də kompüter söndürülməzdən əvvəl operativ yaddaşdakı informasiya maqnit mahiyyətli vinçesterə köçürülür.
Sabit yaddaş (ROM) kompüteri hazır vəziyyətə gətirmək üçündür. Burada işə başlama proqramları, o cümlədən, əməliyyat sistemini (ƏS) yükləyən proqramlar, giriş- çıxış baza sistemi (BİOS- Base İnput Output System) və diaqnostika proqramları saxlanır. Sabit yaddaşın məzmunu dəyişməzdir93.
Fərdi kompüterdə operativ yaddaş ana plataya əlahiddə qurğu kimi qoşulur. Operativ yaddaş triggerlər sırasından ibarətdir. Trigger yalnız 2 vəziyyətdə (0 və 1) ola bilən elektron qurğudur. Sabit yaddaşda isə 1 və 0-lar inteqral sxemlər şəklində hazır- lanmışdır. Buna görə də cərəyan kəsiləndə operativ yaddaşın məzmunu pozulur, sabit yaddaşınkı pozulmur. Yaddaşla prosessor arasındakı informasiya mübadiləsinin sürəti yaddaşın sürətini müəyyən edir. Prosessor hesablama nəticələrini registrə, oradan da operativ yaddaşa ötürür. Operativ yaddaşdakı informasiya da əvvəlcə registrə, sonra prosessora ötürülür.
Xarici yaddaş praktiki olaraq hüdudsuz həcmə malik nisbətən ucuz yaddaşdır. Ope- rativ yaddaşın sürətini artırmaq üçün keş-yaddaşdan istifadə edilir. Keş-yaddaş prosessorla operativ yaddaş arasında yerləşir.


      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin